Icma.az
close
up
RU
Bəzi şəhərlər insanın yaddaşında yox, ürəyində qalır VİDEO

Bəzi şəhərlər insanın yaddaşında yox, ürəyində qalır VİDEO

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlərdə bizdə də, dünya mediasında da ən çox yer alan biri World Urban Forum 13 (WUF13) oldu. Mövzunu anlayan da, anlamayan da bundan danışır. Bu yazıda qlobal şəhərsalma forumunun əsas məqsədi - Dünyanın Mənzillə Təminatı və təhlükəsiz şəhərlər məsələsindən söhbət açmayacağam.  Onsuz da bu barədə işini ən yaxşı bilən usta mütəxəssislər danışır. Mənim diqqətimi çəkən ora gələn müxtəlif rəngli, al-əlvan geyimli, bizim musiqilərə qol qaldırıb oynayan insanlardı.

Necə deyərlər, pul qazanmaq asandır, insan qazanmaq çətin. Biz bu insanlardan hansının qazana bildiksə, bu elə ən böyük mənfəətimizdir. Fikir verdinizsə, WUF13 bir məkanda keçirilən böyük bir tədbir olmadı. Yəni insanlar gəlib orada danışıb, getmədilər.  Qonaqlar Bakının müxtəlif küçələrində gəzdikcə, bir neçə gün ərzində paytaxt balaca dünyaya çevrildi. Hər tərəfdə başqa dillər eşidilirdi. Fərqli simalar, fərqli geyimlər, fərqli mədəniyyətlər… Amma qəribəsi o idi ki, hamı bir-birinə doğma görünürdü, gülümsəyirdi.

Ən çox Bakı Bulvarında fərqli milli geyimdə olan insanlara rast gəlirdik. Kimi rəngarəng Afrika naxışları ilə diqqət çəkirdi, kimi Şərq üslubunda geyimi ilə. Onlar da bizim kəlağayımıza, papağımıza, milli ornamentlərimizə maraqla baxırdılar. Dillər fərqlidir, amma təbəssüm hamını birləşdirirdi.

Ən gözəl tərəfi isə ara fasilələrdəki söhbətlərdi. Tədbir təşkilatçıları, media nümayəndələri xaricdən gələn qonaqlarla çay süfrəsi arxasına toplaşır, onlara Qarabağdan, İçərişəhərin daş küçələrindən, Novruz tonqallarından bəhs edirdilər. Məsələn, onlara deyiləndə ki, bizdə qonaq evin bərəkəti sayılır, onlar diqqətlə qulaq asır, bəzən təəccüblə, bəzən də heyranlıqla baxırdılar.

Tədbir bitmişdi, qonaqlar yenə şəhəri gəzir. Bu axşamların birində Bakının küləkli havasında bulvarda gəzən bir qrup əcnəbi tar səsini eşidib dayanmışdılar. Orada musiqinin səsi deyildi, sanki şəhərin özü danışırdı. Onların gözlərində qəribə bir sakitlik vardı. Həmin an başa düşürdün ki, Azərbaycanı yalnız görmürlər, hiss edirlər.

Beləliklə, yeni dostlar da qazandıq. Sosial şəbəkələrdə bir-birimizi izləməyə aldıq. Ətrafımız daha da böyüdü. Bu danılmazdır ki, illər sonra belə onlar öz ölkələrində Bakını xatırlayacaqlar. Armudu stəkanda içdikləri çayı, gecə işıqları altında parlayan Xəzəri, insanların səmimiyyətini kimlərləsə bölüşəcəklər. Ola bilsin, bir gün övladlarına “uzaq bir ölkədə bizi öz doğması kimi qarşılayan insanlar vardı” deyəcəklər.

Yəni onlar bura gəlib, yalnız öz vəzifə borclarını yerinə yetirib geri dönmürlər, burdan sadəcə şəkillər aparmırlar. Özləri ilə bir az da olsa Azərbaycan ruhu da götürürlər. Bəlkə hansısa evdə bizim muğam səslənəcək, hansısa masada paxlava təqdim olunacaq, hansısa söhbətdə Bakıdan sevgi ilə danışılacaq. Çünki bəzi şəhərlər insanın yaddaşında yox, ürəyində qalır. Azərbaycan, Bakı da onlardan biridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 May 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri