Icma.az
close
up
RU
Bəzi şəxslər icbari qaydada ödənişli təlimlərə cəlb olunacaqlar

Bəzi şəxslər icbari qaydada ödənişli təlimlərə cəlb olunacaqlar

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Xüsusi icra məmurlarının və onların köməkçilərinin ixtisasının və peşə hazırlığının artırılması məqsədilə təlimin keçirilməsi qaydaları təsdiqlənib.

Moderator.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd olunur ki, burada əsas məqsədi xüsusi icra məmurlarının və onların köməkçilərinin fəaliyyətində səmərəliliyin artırılmasını, onlar tərəfindən nəzəri və praktiki biliklərin əldə edilməsi və artırılmasını, vəzifələrinin icrası ilə əlaqədar peşəkar vərdişlərinin inkişafını təmin etməkdən ibarətdir.

Təlimlər hər iki ildən bir icbari qaydada keçiriləcək.

Xüsusi icra məmurlarının köməkçilərinin ixtisasartırma təlimləri onların icra fəaliyyətində iştirak imkanlarının genişləndirilməsinə, öz səlahiyyətləri çərçivəsində müstəqil işləmək qabiliyyətinin formalaşdırılmasına və peşə biliklərinin artırılmasına xidmət edəcək.

İxtisasartırma təlimləri aşağıdakıları əhatə edir:

- icra icraatının, o cümlədən icra sənədlərinin növləri üzrə icra icraatının aparılması xüsusiyyətləri;

- xüsusi icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericilik;

- məhkəmə qərarlarının icrası sahəsində praktiki problemlər və onların həlli yolları;

- təlim ehtiyaclarına uyğun digər sahələr.

İxtisasartırma üzrə təlim ehtiyacları aşağıdakı qaydada müəyyən edilir:

- xüsusi icra məmurlarının fəaliyyətinə nəzarətin nəticələri əsasında;

- xüsusi İcra Məmurları Palatasının təklifləri əsasında.

Müəyyən edilmiş ehtiyaclar əsasında hər il ixtisasartırma üzrə təlim planı Ədliyyə Akademiyası tərəfindən Palata ilə razılaşdırılmaqla hazırlanır, Akademiyanın Elmi Şurası tərəfindən qəbul edilir və rektoru tərəfindən təsdiq olunur.

Təlimin vaxtı və yeri barədə iştirakçılara azı 10 gün qalmış məlumat verilməlidir.

Təlimlər ödənişli əsaslarla və bağlanılmış müqaviləyə müvafiq olaraq həyata keçiriləcək. Ödənişin məbləği Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Akademiya tərəfindən müəyyən ediləcək.

Təlimə görə ödəniş təlimdən əvvəl həyata keçiriləcək.

Təlimdə iştirakın üzrlü səbəblərdən mümkün olmadığı hallarda iştirakçı bu barədə əvvəlcədən məlumat verməli və üzrlü səbəbi təsdiq edən sənəd təqdim etməlidir. Bu halda o, növbəti təlimə cəlb edilir.

İştirakçı təlimdən kənarlaşdırıldığı hallarda ödəniş geri qaytarılmır.

Yekun qiymətləndirməyə yalnız təlim proqramı üzrə nəzərdə tutulmuş dərslərin azı 80 faizində iştirak etmiş şəxslər buraxılacaq.

Qiymətləndirmənin nəticələrinə əsasən müvəffəqiyyət qazanmış şəxslərə beş iş günü müddətində müvafiq şəhadətnamə veriləcək.

Şəhadətnamənin forması Palata ilə razılaşdırılmaqla Akademiya tərəfindən müəyyən ediləcək.

Qiymətləndirmənin nəticələrindən narazı qalan iştirakçı bu barədə nəticənin ona məlum olduğu gündən beş iş günü müddətində Akademiyanın rəhbərliyinə müraciət edə bilər. Bu halda iştirakçının şikayəti araşdırılır və üç iş günü müddətində ona müvafiq izah verilir.

İştirakçının şikayəti haqlı olduqda ona şəhadətnamənin verilməsi təmin edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 May 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri