Icma.az
close
up
RU
“Bəzi stomatoloqların ştatlarının ləğv olunması ilə bağlı xəbərdarlıq göndərilib”

“Bəzi stomatoloqların ştatlarının ləğv olunması ilə bağlı xəbərdarlıq göndərilib”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB tabeli tibb müəssisələrində stomatoloqların kütləvi ixtisarları ilə bağlı etiraz aksiyasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə Yeni Klinikada jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Belə bir məsələ 8 ay əvvəl olmuşdu və stomatoloqlarımıza ciddi xəbərdarlıq edilmişdi. Bildirilmişdi ki, onlar keyfiyyətin artırılması ilə bağlı ciddi işlər həyata keçirsinlər. Biz ilin əvvəlindən təhlillər aparmışıq, əlimizdə stomatoloqların xidmət səviyyəsi ilə bağlı faktlar var idi. O dövrdən bugünədək stomatoloqların fəaliyyətini dəyərləndirdik. Elə tibb müəssiələrimiz var ki, oraya bir il ərzində 1 nəfər belə müraciət eləmir. Demək ki, vətəndaş bu xidmətin keyfiyyətindən məmnun deyil. Çünki stomatologiya ən çox müraciət olunan sahələrdən biridir. Əgər müraciət yoxdursa, demək xidmətin səviyyəsi qənaətbəxş deyil”. 

V.Qurbanov əlavə edib ki, vacib məqam vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətindən məmnun qalmasıdır: “Bununla bağlı TƏBİB ciddi islahatlar həyata keçirəcək. Stomatoloqlarla bağlı araşdırma davam edir. Nəinki stomatoloq, digər həkimlərin fəaliyyəti ilə bağlı da araşdırma gedir və son nəticələrlə bağlı məlumat veriləcək. Regionlarda artıq bəzi stomatoloqların ştatlarının ləğv olunması ilə bağlı xəbərdarlıq göndərilib”.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see453

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see295

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see187

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see135

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see126

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri