Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər Nəqliyyat eksperti
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Dünyanın bir çox ölkələrində cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanılması ilə bağlı qaydalarda konkret müddət müəyyənləşdirilir”.
Bunu 525.az-a nəqliyyat eksperti Elməddin Muradlı deyib. O vurğulayıb ki, həmin müddətdə vətəndaş öz avtomobilinə sahib çıxmırsa və yaxud avtomobillə bağlı hər hansı bir problemi həll etmirsə, dövlət həmin avtomobili müsadirə edir. Daha sonra ya satışa çıxarılır, yaxud da yararsızdırsa, metaləritmə sexlərinə göndərilərək məhv edilir. Ancaq Azərbaycanda qaydalar bir az fərqlidir. Ona görə də bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər:
“Hesab edirəm ki, belə olmamalıdır, çünki düzgün yanaşma deyil. Ümumilikdə, düşünürəm ki, vətəndaşın bu məsələyə yanaşması qanunvericilik səviyyəsində olmalıdır: “Qanunvericilikdə göstərilir ki, hər bir nəqliyyat vasitəsi duracaqda saxlanılırsa onun hər gününə görə ödəniş hesablanır. Bir çox vətəndaşlar bundan xəbərsizdir, hələ də xəbərsiz qalır və yaxud, bəzi adamlar bunu mənəvi məsələlərə bağlayırlar”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 22 Yanvar 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















