Icma.az
close
up
RU
“Bəzi sürücülər köhnə vərdişlərindən əl çəkmirlər”

“Bəzi sürücülər köhnə vərdişlərindən əl çəkmirlər”

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Yay aylarında yol qəzalarının sayının artması səfərlərin sayının çoxluğu ilə bağlıdır. Çünki sutkanın işıqlı vaxtı çox olur və intensiv səfərlər baş verir. Buna görə hərəkətlilik artır. Hərəkətlilik artırsa təbii ki, diqqətli olmaq lazımdır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

E.Muradlı söyləyib ki, bəzi sürücülər köhnə vərdişlərindən əl çəkmirlər və istədikləri qədər məsuliyyətsiz davranışlar nümayiş etdirirlər: “Şərurda baş verən hadisə göstərdi ki, bu insanlar hələ də ötmə manevri qaydalarının nə dərəcədə riskli və təhlükəli olduğunu dərk etmirlər. İctimai qınağa məruz qoyan zaman deyirlər ki, adam tələsir, nə olub ki. Bu insanlar elə harasa tələsir. Onların bəziləri evinə sağ-salamat çatır, bəziləri də çata bilmir, ömrü yarada qalır. O baxımdan yalnız və yalnız diqqətli olmaq lazımdır”.

O vurğulayıb ki, avtomobili yorğun və yuxusuz halda idarə etmək olmaz: “İstirahət üçün yola çıxan, səfərə gedən insanlar var, müxtəlif məqsədlər üçün evdən çıxan insanlar var. Bunlar yalnız səfəri düşünürlər ki, mən yola çıxıram, bu yolu gedirəm, filan yerdə dincələcəm və yaxud da hər hansı bir işim var, onu həll edib qayıdacam. Amma insanlar fikirləşmir ki, mən bu yola hansı vəziyyətdə çıxıram? Gümrah vəziyyətdəyəm, yorğunam, yuxuluyam, xəstəyəm, ümumiyyətlə, mən sükan arxasına keçməliyəm mi? Bax, bu cür məsələlərə yanaşma dəyişilməlidir. Yay və ya qış fərq etməz, ancaq son dərəcə diqqətli olmaq lazımdır. Qayda pozan sürücülərdən başqa qayda pozmayan sürücülər də diqqətli olmalıdırlar ki, qayda pozanların kiçik bir səhvinin qurbanı olmasınlar”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 İyul 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri