Bəzi universitetlərin bütün əməkdaşlarına pul veriləcək MƏBLƏĞ
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorunun əmri ilə təhsil ocağının yaradılmasının 50 illik yubileyi münasibətilə əməkdaşlara bir aylıq əməkhaqqı həcmində birdəfəlik mükafat ödənilib.
Ölkə.Az xəbər verir ki, bunun ardınca bəzi universitetlərdə bayramlarla əlaqədar oxşar qərarlar verilib.
Bu barədə məlumat yayan Azərbaycan Universitetləri səhifəsi Mingəçevir Dövlət Universitetinin (MDU), Qarabağ Universitetin, Rəssamlıq Akademiyasının rektorlarının və UNEC Zaqatala filialının direktorunun müvafiq əmr imzaladığını bildirib.
Belə ki, MDU-nun bütün əməkdaşlarına 300 manat, Qarabağ Universitetinin bütün əməkdaşlarına bayramlarla əlaqədar 500 manat, Rəssamlıq Akademiyasının əməkdaşlarına 1 aylıq əməkhaqqı (2 qat maaş) həcmində, UNEC Zaqatala filialının isə bütün əməkdaşlarına bayramlarla əlaqədar 200 manat mükafat verilib.
Məlumata görə, digər təhsil ocaqlarında da oxşar qərarların veriləcəyi istisna edilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 22 Dekabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















