Icma.az
close
up
RU
Bəzi yazılar həqiqəti əks etdirmir Qurban Qurbanov

Bəzi yazılar həqiqəti əks etdirmir Qurban Qurbanov

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 32-ci turunda "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

- Futbolçularımı təbrik etmək istəyirəm. Bir illik əziyyətdən sonra uğur əldə etdilər. Bu məni sevindirir. Çempionluğun sayı bəlkə bir az çox görünür. Amma futbolçuların istəkli olması çox vacibdir. Bu il də bunun şahidi oldum. Hər birinə təşəkkür edirəm. “Sabah”a qarşı əsl çempionluq oyunu oldu. Hər iki komanda tərəfdən ağıllı oyun gördük. Bu stadionda oynamaq həmişə xoşdur. Azarkeşlərimizi təbrik edirəm. Onlar da bunu haqq etdilər. Hər zaman bizimlə oldular. “Sabah”a uğurlar arzulayıram. Onların da azarkeşlərinə təşəkkür edirəm. Gözəl mənzərə var idi. Hər birimiz sevinirik.

- Futbolçular elə sevinirdi ki, sanki çempion olmayıblar, artıq buna öyrəşiblər...

- Nə qədər çempionluğun sayı çox olsa da, futbolçuları belə motivasiyada saxlamaq vacibdir. Onların arzusu olmasa, bu tempdə saxlamaq çətindir. Qalib gəlmək istəyirdik. Hər bir uğurun ilkləri daha ləzzətli olur. Amma mən həmişə növbəti uğuru daha çox əldə etmək istəmişəm. Oyundan sonra sevinməyə gəldikdə, ola bilər ki, orada bir az motivasiya görünmür. Amma hər bir halda, mənə vacib olan meydançadır, orada da oyunçularımın istəyini gördüm.

- Sanki daha çox oynamayan futbolçularla meydana çıxmışdınız. Buna səbəb kubokun finalında da rəqibinizin "Sabah" olması idi, yoxsa oyunçularınıza istirahət vermişdiniz?

- Heyəti tam dəyişmişdik. Əvvəlki onbirlik və bugünkü onbirlik tam fərqli idi. Son oyunlarda demək olar ki, heyəti dəyişməmişdim. Kubokun cavab görüşündə də oyunçularda yorğunluq olması hiss edilirdi. Amma bu oyunda da demək olar ki, heyətin hamısını "Araz-Naxçıvan"la matçda da meydana buraxmışdım. Onları qorumaq istədim. Yorğunluqdan sonra yenə yükləmə verəndə, futbolçuların bərpa çox gec olur. Belə hallar ilboyu dəfələrlə olub. 2-3 oyun bir heyət oynayır, onlara yaxşı istirahət vacib olur. Bu gün bundan istifadə etdik. Digər oyunçularımıza da əlavə təşəkkür edirəm. Çoxdandır oynamayanda 90 dəqiqəlik dinamikanı, məsuliyyəti qoruyub-saxlamaq çətindir. Amma bunu bacardılar. Hər çempionatda oyunlarımız olub ki, ikinci heyət kimi düşündüyümüz heyətin çempionluqda payı daha çox olub, nəinki digərlərinin.

- "Qarabağ"ın bu yay heyətdə köklü dəyişikliklər edəcəyi iddia olunur. Bu nə dərəcədə doğrudur?

- Köklü dəyişikliklər bir az ağır gəlir. Biz duruma uyğun addım atmaq istəyirik. Əgər bu dəqiqə futbolçuların hamısını dəyişim və deyim ki, 15-20 futbolçu məni orada gözləyir, çox çətindir. Hansı futbolçu ilə işləmişəm, onları göndərmək istəmirəm. Onların əziyyətini, can yandırmasını görürəm, hiss edirəm. Buna görə heç bir futbolçunu göndərmək istəmirəm. Baş məşqçi kimi hansısa futbolçu ilə yollarımızı ayırmaq mənə çətindir. Amma gedişata görə, bu addımı atmaq istəyirik. Komandaya yeni nəfəs vermək, daha da aktivləşdirmək, gücləndirmək üçün imkanımız, şansımız olsa, mütləq bu addımı atacağıq. Futbolçular göndəriləcək, ya yox bu barədə düşünmürük. Sadəcə komandamıza əlavə oyunçular götürmək istəyirik. Çünki kollektivimizdə həmişə 24-25 futbolçu olub. Bu gün tam 20 futbolçumuz var. Neçə futbolçumuz getdi, onların yer hələ ki boş qalıb. Çalışacağıq ki, dəyişikliklər edək. Amma bu o demək deyil ki, qlobal dəyişikliklər olacaq. Gedişata görə belə addım gözlənilmir.

- "Sabah"ın oyunu barədə nə deyə bilərsiniz?

- "Sabah"ın oyunun həmişə dəyərləndirmişəm. Çox sürətli, texnikalı hücum xətti var. Təcrübəli yarımmüdafiə və müdafiə xəttinə sahibdirlər. Bu komandaya qarşı yaxşı oyun göstərmək üçün daha çox hazırlaşmalı və daha çox "Sabah"ı analiz etməliyik. Çünki çox düşünülmüş hücumları var. Diqqətsizlikdən qapımızda qol gördük. "Sabah"ın oyununa, oyun sisteminə, klubun iş prinsipinə çox pozitiv yanaşıram. Ancaq xoş sözlər deyə bilərəm.

- Klubun prezidenti bildirib ki, yayda 4-5 futbolçunun transferi gözlənilir. Sizin indidən gözaltı etdiyiniz oyunçular var?

- Hər ilin sonunda, yekununda rəhbərliklə müzakirələrimiz var. Qarşılıqlı təşəkkürlərimiz olur. İlboyu hər birimizin üzərinə düşən vəzifə var. Onu biz düzgün, layiqincə yerinə yetirsək, sonda birlik möhkəm olsa, nəticədə uğur da olur. Mütləq müzakirələrimiz olacaq. Bizim illər boyu diqqətimiz daha çox yay transfer pəncərəsinə olub ki, daha çox oyunçu dəvət edə bilərik. Olub ki, 4-5 oyunçu transfer etmək istəmişik, amma 2 futbolçu ilə tamamlamışıq. Çünki transfer o qədər də asan deyil. Gözaltı etdiyim futbolçular var. Amma əfsuslar olsun ki, onları bəzən əldə edə bilmirik. Son vaxtlar Avropaya daha çox meyillidirlər. Bizim kimi və ya bizdən bir az yuxarı futbol ölkələrində ümumi struktur daha yaxşılaşdırılıb, maliyyə cəhətdən də daha böyüyüblər. Ona görə də futbolçuları bura gətirmək heç də asan deyil. Amma hər bir halda həmişə demişəm ki, komandaya yeni nəfəs lazımdır. Daha da uğurlu nəticə əldə etmək istəyiriksə, daha çox çalışmalı, iş saatımızı çoxaltmalıyıq. Əgər alınsa, hər xətdə 2 oyunçu götürsək, bunların sayı 5-6 olacaq. Planımızda var. Xeyirlisi olsun.

- Fransa və Əlcəzair mətbuatının yazdığına inansaq, Kadi Borgesin gəlişindən sonra Yassin Benzia maaşınına artırılmasını istəyir. Digər tərəfdən, Marko Veşoviçin də gedəcəyi iddia edilir. Bu iki məsələ haqda fikriniz necədir?

- Bu haqda fikirlərimi bir az bildirdim. İstəyərəm ki, bu futbolçularla illər boyu birlikdə olaq. Çünki biz bir-birimizi daha yaxşı tanıyırıq, bir-birimizin tələbini daha yaxşı anlayırıq və yerinə yetirməyə çalışırıq. O ki qaldı pul söhbətinə, doğru-düzgün söhbət deyil. Narazılıq, ya hansısa futbolçu daha çox pul istəyir deyə, müqavilə imzalanılmır filan...Burada belə bir şey olmayıb. Sadəcə hər bir futbolçunun müəyyən yaş dövründən sonra onların son addımı olur. Ola bilər ki, daha yaxşı təklif gözləyirlər, daha yaxşı çempionatda oynamaq istəyirlər. Benzia və Veşoviçlə pul söhbətində heç bir narahatçılığımız, narazılığımız olmayıb. Ki, mən bu qədər istəyirəm, mən vermirəm filan...Benzianın öz çəkisi var, Veşoviçin öz çəkisi. Kadi gəldi deyə, mən çox pul istəyim...Bunların hamısının özlərinə xas ədəb-ərkanları var. Özləri öz bacarığına görə danışıqlarda fikirlərini bildirirlər. Amma Kadi gəldi deyə, pulumu artırın filan, onlar heç bu cür etməzlər. Dediyim kimi, ədəb-ərkanları, əxlaqları olan insanlardır. Belə söhbət yoxdur. Sadəcə illər boyu olub ki, futbolçumuzla bir mövsüm elə danışığımız gedib. Futbolçunun özü üçün də qərar vermək asan deyil. Çünki onların o qədər məsləhət verənləri olur ki. Hansısa təkliflər olur, futbolçu da başlayır planlar qurmağa. Sonda da mən onları anlayaraq, sərbəst buraxıram və son gündə müqavilə bağlamaq lazım olsa belə, ona da razılaşıram. Çünki futbolçu ömrü, karyerası qısadır. Əgər onlar hansısa maliyyəyə baxmayaraq, burada çıxış edirlərsə, klubun uğuru üçün öz güclərini hər oyun sona kimi qoyurlarsa, mən də hansısa kompromisə getməliyəm. Hər birinin öz çəkisi var. Bəzi yazılar həqiqəti əks etdirmir.

- Çempionlar Liqasında hədəf nədən ibarət olacaq?

- Hələ ki fikir bildirə bilmərəm. Vaxt var. Amma biz hər turnirdə maksimum uğur əldə etməyə çalışmışıq. İstəklərimizi həyata keçirə biləcəyik, ya yox onu qarşıdakı turnirdə görünəcək. Hər il istəyirik ki, daha da yaxşı olaq. (sportal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://qol.az
archiveBu xəbər 27 Aprel 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see213

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see208

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see173

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see153

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see124

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

12 Dekabr 2025 00:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri