Bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağacaq AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycanda dekabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-9°, gündüz 9-11° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 774 millimetr civə sütunundan 769 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 7-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 07 Dekabr 2024 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















