Bəzi yerlərə leysan, Şahdağa qar yağıb FAKTİKİ HAVA
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mayın 15-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub.
Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağa isə qar yağıb.
Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 47 (aylıq normanın 45 % -i), Qaxda (Sarıbaş) 37 (aylıq normanın 30 % -i), Zaqatalada 22, Oğuzda 19, Qəbələdə 17, Şahbuzda 15, Goranboy və Balakəndə 13, Lerik və Qrızda 11, Gədəbəy, Naftalan, Tovuz, Qusar, Xınalıq, Göyçay, Sədərək, Astara, Xaltan, Tərtər, Cəlilabad, Yardımlı, Quba, Mingəçevir, Naxçıvan, Ağstafa, Neftçala, Şuşa, Kəlbəcər, Biləsuvar, Daşkəsən, Altıağac, Yevlax, Sabirabad, Cəfərxan, Bərdə, İsmayıllı, Gəncə, Göygöl, Culfa, Şəmkir, Şabran, Lənkəran, Qobustan, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Füzuli, Ordubad və Şərurda 1-10 mm, Bakıda və Abşeron yarımadasında isə 5 mm-dək təşkil edir.
Mayın 14-ü saat 18:45 -18:55 radələrində Şahbuza diametri 3 mm olan dolu düşüb.
Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax, Şəki, Qəbələ, Altıağac, Qusar, Şamaxı, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 14, Aran rayonlarında 16, dağlıq rayonlarda isə 6 dərəcəyədək isti qeydə alınıb.
Baxış sayı:91
Bu xəbər 15 May 2025 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















