“Bəziləri deyirdi ki, təhlükəli ola bilər, tam təhlükəsiz qayıtdıq...”
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məlum olduğu kimi, İran Prezidenti Məsud Pezeşkian dünən Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitində iştirak edib, eləcə də tədbirə qatılan liderlərlə görüşlər keçirib.
“Qafqazinfo” İranın “Jamaran” portalına istinadən xəbər verir ki, Pezeşkian ölkəsinə qayıtdıqdan sonra səfərlə bağlı maraqlı açıqlamalar verib.
Onun sözlərinə görə, ölkəsində bəzi şəxslər səfərin təhlükəli ola biləcəyini deyib: “Bəziləri deyirdi ki, bu səfər təhlükəli ola bilər, yaxud yolda hansısa problemlər yarana bilər. Lakin həm səfərimiz problemsiz oldu, həm də tam təhlükəsiz şəraitdə geri qayıtdıq”.
İran lideri, eyni zamanda səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlərdən bəhs edərək danışıqların konstruktiv olduğunu, dost və müsbət mühitdə keçdiyini diqqətə çatdırıb.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 05 İyul 2025 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















