Icma.az
close
up
RU
BHİK Baş katibinin müavini “Buzovna” Fizioterapiya Mərkəzində FOTOLAR

BHİK Baş katibinin müavini “Buzovna” Fizioterapiya Mərkəzində FOTOLAR

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

COP29-da iştirak etmək üçün Bakıda səfərdə olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş katibinin müavini Erik Manzi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Buzovna” Fizioterapiya Mərkəzində olub.

Manset.az xəbər verir ki, mərkəzə baxış zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov qonağa məlumat verib ki, burada 90 nəfərlik 2 dördmərtəbəli yataq korpusu var. Bütün otaqlar zəruri məişət avadanlıqları ilə təchiz edilib. Eləcə də mərkəzdə ittifaq üzvlərinin rahat dincəlməsi üçün istirahət guşələri yaradılıb. İkimərtəbəli müalicə korpusunun birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri, masaj otaqları yerləşir. Qapalı hovuz da müalicə olunanların istifadəsindədir. Həmçinin mərkəzin ərazisində geniş yaşıllaşdırma işləri aparılıb, gül-çiçək, dekorativ kol və ağaclar əkilib.

BHİK rəsmisi yaşayış otaqlarına, müalicə və müayinə kabinetlərinə baxıb, yaradılmış şəraitlə tanış olub. Həkimlərlə söhbət edən qonağa mərkəzin iş prinsipi, göstərilən xidmətlər, prosedur qaydaları, qidalanma haqqında məlumat verilib.

Həmçinin bildirilib ki, COP29 tədbirlərinə qatılan xarici qonaqların yerləşdikləri məkanların arasında ”Buzovna” Fizioterapiya Mərkəzi də var. Qonaqların burada qalmaları və istirahəti üçün bütün zəruri tədbirlər görülüb, eyni zamanda “AHİK könüllüləri” proqramının iştirakçıları onların rahat işləməsi üçün hər cür dəstəyi verirlər.

Erik Manziyə “AHİK könüllüləri” proqramı haqqında da məlumat verilib. Bildirilib ki, AHİK-in yeni layihəsi olan könüllük proqramı həmkarlar ittifaqlarının fəaliyyətinin təbliği, nüfuzunun artırılması və sıralarının genişlənməsi məqsədi daşıyır. Könüllülərlə söhbətləşən BHİK rəsmisinin diqqətinə çatdırılıb ki, onlar AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələridir. Bu layihə onların bilik və bacarıqlarının artırılması, istedadlarını nümayiş etdirmələri, təcrübə qazanmaları və sosiallaşmaları üçün olduqca mühüm fürsətdir. Həm də onlar COP29 tədbirinin keçirilməsinə, iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək vermək üçün buradadırlar və bu nəcib missiyadan qürur duyurlar.

Erik Manzi Bakı şəhəri və iştirakçısı olduğu COP29 haqqında təəssüratlarını bölüşüb, tədbirin yüksək səviyyədə təşkil olunmasından, insanların qonaqpərvərliyindən razılığını ifadə edib.

Qeyd edək ki, BHİK Baş katibinin müavini Erik Manzi Konfederasiya sədri Sahib Məmmədovla birgə Bakının tarixi məkanlarında da olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 21 Noyabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri