Icma.az
close
up
RU
Biabırçı seriya Nuri Şahinin istefasıyla nəticələndi

Biabırçı seriya Nuri Şahinin istefasıyla nəticələndi

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dortmund “Borussiya”sının adi bir azarkeşinin son bir ildəki emosiyalarının diapazonunu ölçmək mümkünsüzdü.

"Football-plus.az" xəbər verir ki, komanda iyunun 1-də Çempionlar Liqasının finalında oynayıb, yanvarın sonuncu ongünlüyündə isə bundesliqanın turnir cədvəlinin ikinci yarısında – 10-cu pillədədi.
ÇL-də də hər şey ideal deyil – 14-cü yerdə qərarlaşan dortmundlular pley-offa adlayacaq, ancaq birbaşa 1/8 finala yox. “Bolonya”ya son turdakı acı məğlubiyyət hər kəsin səbr kasasını daşırdı. Mütləq eyforiyadan total uğursuzluğa qədər yol bir neçə ay çəkdi.
Aralıq final Nuri Şahinin qovulmasıdı. Gənc məşqçi yayda “sarılar”ı qəbul edəndə ona böyük ümidlər bəslənirdi. Şahin Dortmundun əfsanəsidi, üstəlik Türkiyədə məşqçi karyerasına ildırım sürəti ilə başlamışdı. Ancaq Almaniyaya dönüşdə bu məqam işə yaramadı – ardıcıl 4 məğlubiyyət, ümumiyyətlə, son 9 oyunda bir qələbə onun böyük klubda çalışmaqla bağlı ilk təcrübəsini bitirdi.
Bir qədər ironiyalı görünsə də, dortmundluları hamıdan yaxşı “Bayer-04” anlaya bilər. Bu komanda bundesliqanın 2002/03 mövsümündə elitadan gedən “Arminiya”nı cəmi 4 xal qabaqlamaqla 15-ci yeri tutmuşdu. Leverkuzen klubu da həmin nəticəni ÇL-in fəaliyyətdə olan finalçısı kimi göstərmişdi.
Çox güman, “Borussiya” cari mövsümü 15-ci pillədən yuxarıda bitirəcək. Hazırda “sarılar” “avrokubok zonası”ndan cəmi 3 xal geridə qərarlaşsa da, hansısa yüksəlişə ümid etmək üçün əsaslar görünmür. Və ya ən azı indi görünmür.
Dortmund klubu həm də son illərdəki ən pis mövsümünə yaxındı. 2008-ci ildə Tomas Dollun “sükanı arxasında” olduğu komanda finişə 13-cü yerdə çatdı. Onda baş məşqçini qovdular, əvəzinə Kloppu gətirdilər. Necə deyərlər, biri ölməsə, o biri dirilməz. Dortmundular həmin vaxtdan bəri bir dəfə də ilk “10-luq”dan kənarda qalmadılar, ümumiyyətlə, 7-ci pillədən aşağı düşmədilər.
Kloppa layiq olan əvəzedici tapmaq hələ ki çətindi. Nuri Şahini əvvəlki baş məşqçinin dövründə böyük ümidlərlə gətirmişdilər. “Antalyaspor”da məhsuldar çalışan gənc mütəxəssis 2023-cü ildə Edin Terziçin məşqçi korpusuna qoşuldu. Yardımçı kimi qoşulsa da, klub rəhbərliyinin ona gələcək baş məşqçi gözü ilə baxdığı hər kəsə aydın idi.
Hər kəsə bəllidi ki, səhər mütləq günəş doğacaq. Hər kəs bilirdi ki, Lamin Yamal “Golden Boy” mükafatını alacaq. Və ya qışda qar yağır. Bax, elə Nuri Şahinin gec-tez Terziçi əvəz edəcəyi hər kəsə gün kimi aydın idi. Bu təyinat daha erkən gözlənilirdi. Axı dortmundlular ötən ilin yanvarında da ciddi böhran yaşayırdı. Ancaq Terziç Şahinin də yardımı ilə komandanı “Real”la “Uembli”dəki həlledici oyuna daşıdı.
Dortmundda Nurini dünyanın ən perspektivli məşqçilərindən biri sayırdılar, yayda komandadan ayrılan Mats Hummels isə yazdakı uğurları məhz onun gəlişi ilə bağlayırdı. ÇL-in finalında “Real”a məğlubiyyətdən bir neçə həftə sonra Terziç getdi, iki gün sonra isə türk mütəxəssis onun postunu tutdu.
Şahinin “Borussiya”nın “sükanı arxasındakı” ilk mövsümü yarılandı. Bu adamın personasına olan bütün sevgiyə rəğmən, klub bossları əməkdaşlığı davam etdirməyi məqsədəuyğun saymadı. Və onları da anlamaq olar. Bütün turnirləri götürsək, “Borussiya” Şahinin dönəmində bir dəfə də ikidən artıq ardıcıl qələbə qazanmayıb. Oyundan-oyuna meydanda daha pis mənzərə görünür, iş o yerə çatdı ki, “sarılar” yanvarın 14-də aşkar autsayder “Holştayn”a uduzdu, rəqib 4-cü qolu azlıqda olarkən vurdu.
Şahin belə duruma görə əsəbləşirdi. Cərimə sistemini işə saldı, müsahibələrində sıx təqvimdən gileyləndi, “Real”la Madriddəki oyundan əvvəl komandasının izlənəcəyindən çəkinib məşqi təxirə saldı. Və əlbəttə, belə vəziyyətlərdə hər şeyin başında nəticə dayanır. “Borussiya” bu gün çempionatın liderlərindən biri olsaydı, yəqin ki, indi siz gənc mütəxəssisin dahiliyi və qeyri-standart yanaşmaları haqda mülahizələr oxuyardız. Ancaq reallıq fərqlidi, Şahin artıq baş məşqçi postundan qovulub.
“Real”la oyundan söz düşmüşkən, “Borussiya”nın “Bernabeu”da fasiləyə 2:0 öndə yollandığını xatırlayırsızmı? 55-ci dəqiqədə isə Gittensin əvəzinə əlavə müdafiəçi – Anton meydana çıxdı. Hesabı qorumağın vaxtı yetişdi. ÇL-də - “Real” ilə səfər oyununda! Sona hələ 40 dəqiqə qalmış! Təkcə elə Vinisiusa qarşı oynamaq üçün Əmrə Can çatışmırdı... Nəticə - 5:2. Braziliyalı Əmrə meydana çıxandan sonra iki qol vurmaqla het-trik etdi. “Şturm”la Zaqreb “Dinamo”sunun öhdəsindən gəldilər, ancaq sonra “Barselona” ilə oyunda Madriddəki süjet təkrarlandı – yenə heç-heçəni də qoruya bilmədilər. Açıq-aydın görünürdü ki, komandada psixoloji möhkəmlik çatışmır.
Bəlkə də Şahinin belə ambisiyalı və güclü komandanın “sükanı arxasına” keçməsi tez idi. İstənilən halda, onun səhvləri üzərində işləmək üçün vaxtı çoxdu, axı cəmi 36 yaşı var.
Deyilənə görə, “Borussiya” artıq türkəsilli mütəxəssisə əvəz tapıb. Bu vəzifəyə Erik ten Haq gələcək. Bu addım böhranı arxada qoymağa yardım edəcəkmi? Yəqin ki, Mançesterdə adamlar bu sualın cavabında başlarını bulayırlar. İzləməyə dəyər, dortmundlu azarkeşlər total qəribəliklərə öyrəşiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Yanvar 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri