Icma.az
close
up
RU
Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü MƏHKƏMƏ

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü MƏHKƏMƏ

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda bibisinin qızını bıçaqlamaqda və onunla münasibətdə şübhələndiyi digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşıyevin cinayət işi üzrə məhkəməsi keçirilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Nailə Səlimova ifadə verərək bildirib ki, o təqsirləndirilənin bibisinin qızıdır. Qətlə yetirilən Elşad Baxışovu isə yaxından tanısa da, onunla hər hansı bir yaxınlığı olmayıb. Kamalın həm ona, həm də Elşad Baxışova qarşı törətdiyi cinayət isə qısqanclıqdan olub və əbəs yerə törədilib.

Buna görə də zərərçəkən təqsirləndirilənlə barışmadığını bildirərək ondan şikayətçi olduğunu deyib.

Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsində hadisə yerində qeydə alınmış videogörüntülər nümayiş etdirilib.

Hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib.

Vaxt məhdudiyyətindən çıxışlar üçün proses iyulun 1-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə 2025-ci ilin aprelində Bakının Zığ qəsəbəsində baş verib.

Bakı sakini Kamal Baxşıyev qısqanclıq zəminində bibisinin qızı Nailə Səlimovaya çox sayda bıçaq zərbəsi endirməklə ona ağır xəsarətlər yetirib. Kamal Baxsıyev daha sonra əmisinin nəvəsi Elsad Baxışovu Nailə Səlimova ilə yaxın münasibətdə olduğundan şübhələnərək ona da bıçaq zərbələri endirərək qətlə yetirib.

Kamal Baxşıyev barəsində Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1,29,120.2.2, 29.120.2.7-ci maddələri ilə cinayət işi açılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 İyun 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri