Icma.az
close
up
RU
Bıçaqlanan məktəb direktoru və katibə arasındakı məhkəmə çəkişməsi davam edir KONKRET

Bıçaqlanan məktəb direktoru və katibə arasındakı məhkəmə çəkişməsi davam edir KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Astara rayon F.Əliyarov adına 6 saylı tam orta məktəbin direktorunun katibəsi Validə Məmmədovanın barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Astara Rayon Məhkəməsində V.Məmmədova barəsində direktor Ülviyyə Bayramovanın etdiyi xüsusi ittiham qaydasındakı şikayətə baxılıb. Ü.Bayramova katibənin Cinayət Məcəlləsinin 147.2-ci (Böhtan) maddəsinə uyğun cəzalandırılmasını tələb edib.

Araşdırmalar zamanı məlum olub ki, Validə Məmmədova direktora oğlunu işə götürülməsi ilə bağlı müraciət edib.

Ü.Bayramova məktəbdə yaranacaq vakant yerə qaydalara uyğun olaraq şəhid ailə üzvlərindən, qazi və müharibə iştirakçılarından müraciət edən olmayacağı təqdirdə V.Məmmədovanın oğlunun işlə təmin olunmasına köməklik göstərəcəyini bildirib.

Lakin məktəbdə yaranmış vakant yerə şəhid ailəsi üzvünün götürülməsi V.Məmmədovanın direktora qarşı münasibətinin dəyişməsinə səbəb olub. V.Məmmədova müxtəlif dövlət orqanlarına şikayət məktubları yazaraq direktoru rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib. Şikayət məktubları araşdırılıb, məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının olmadığı müəyyən edilib.

Direktor Ü.Bayramova məhkəmədə V.Məmmədovanın qanunun tələbinə uyğun şəkildə cəzalandırılmasını tələb edib. V.Məmmədova isə özünü təqsirli bilməyib.

Astara Rayon Məhkəməsi direktorun şikayətini təmin edib. V.Məmmədovaya qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay islah işləri cəzası verilib. Ali Məhkəmə isə qərarı tamamilə ləğv edib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.

Xatırlatma: 2024-cü ilin sentyabr ayında məktəb direktoru Ü.Bayramova Validə Məmmədovanın həyat yoldaşı, həmin elm ocağında gözətçisi işləyən Halik Nəcəfov tərəfindən bıçaqlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Astara Rayon Məhkəməsinin hökmü ilə Halik Nəcəfov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Avqust 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri