“BilBacar” müsabiqəsində iştirak üçün məktəb qeydiyyatı aparılır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-dən “BilBaca”r müsabiqəsində iştirak etmək istəyən, ibtidai təhsil səviyyəsi üzrə tədrisi həyata keçirən bütün ümumi təhsil müəssisələri üçün qeydiyyat başlanıb.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, məktəblər qeydiyyatdan keçmək üçün aşağıdakı üsullardan birini seçə bilərlər:
- “bilbacar.edu.az” saytında “Məktəblər üçün müraciət” bölməsinə müvafiq məlumatları daxil etməklə;
- Tabe olduqları regional təhsil idarələrinə müraciət etməklə.
Qeydiyyat zamanı hər bir ümumi təhsil müəssisəsi “BilBacar” məktəb koordinatorunu təyin etməlidir. Məktəblərin qeydiyyatı başa çatdıqdan sonra şagird qeydiyyatı Təhsil İnstitutu tərəfindən aparılacaq və məlumatlar məktəblərə göndəriləcək.
Qeyd edək ki, BilBacar müsabiqəsi 2025–2026-cı tədris ilində 3 və 4-cü sinif şagirdləri arasında oxu bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təşkil ediləcək. Tədris ili ərzində şagirdlər üçün 4 hazırlıq və 4 yarış mərhələsi nəzərdə tutulur. Hazırlıq mərhələləri şagirdlərin yarış tapşırıqlarına uyğun bacarıqlarını möhkəmləndirmək və yarışlara səmərəli şəkildə hazırlaşmalarını təmin etmək məqsədi daşıyır.
Müsabiqə barədə daha ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 03 Noyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















