“BilBacar” müsabiqəsinin IV “Yarış” mərhələsinə start verilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da “BilBacar” müsabiqəsinin 2025-2026-cı tədris ili üzrə sonuncu IV “Yarış” mərhələsi başlayıb.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Yarış” mərhələsinin hər sessiyası məktəbdə “BilBacar” koordinatorunun nəzarəti və birbaşa iştirakı ilə təşkil olunur. Bu mərhələ 10 dərs günü ərzində (aprelin 6-10 və 13-17-də) keçiriləcək. Şagirdlər “BilBacar” hesablarına daxil olaraq yarışda iştirak edə bilərlər.
Bu mərhələ başa çatdıqdan sonra şagirdlərin bütün müsabiqə üzrə topladıqları ballar hesablanacaq və 3-cü sinif üzrə 150 nəfər, 4-cü sinif üzrə 150 nəfər şagird finala vəsiqə qazanacaq. Qaliblər və final mərhələsi barədə ətraflı məlumat növbəti həftələrdə elan olunacaq.
Müsabiqənin keçirilməsində məqsəd ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticəçıxarma bacarıqlarını inkişaf etdirmək, mütaliəni təşviq etmək, eyni zamanda, şagirdlərə kompüterəsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 06 Aprel 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















