Bild : Almaniya vətəndaşlarının Mertsə etimadı getdikcə daha da azalır
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Almaniyada yanacağın qiymətlərinin artması fonunda kansler Fridrix Mertsin işindən narazılıq səviyyəsi yeni rekord həddə - 70 %-ə çatıb.
"Report" xəbər verir ki, bunu "Bild" qəzetinin sifarişi ilə INSA sosioloji institutu tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir.
Respondentlərin yalnız 21 %-i hökumət başçısının işini müsbət qiymətləndirib - mütləq antirekord. Daha 9 %-i isə bir qərara gələ bilməyib. Almaniya vətəndaşlarının 73 %-i XDİ/XSİ bloku və Almaniya Sosial-Demokrat Partiyasının daxil olduğu hökumətin fəaliyyətindən narazıdır, yalnız 20 %-i onu müsbət qiymətləndirir, daha 7 %-i isə öz mövqeyini müəyyənləşdirməyib.
Qeyd olunub ki, 1 003 nəfərin iştirak etdiyi sorğu aprelin 9-10-da keçirilib.
"Hətta hökumət partiyalarının tərəfdarlarının əksəriyyəti də hökumətdən narazıdır. Kanslerin və koalisiyanın bu tendensiyanı prinsipcə dəyişə biləcəyi ehtimalı azdır", - INSA-nın rəhbəri Herman Binkert hesab edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:183
Bu xəbər 11 Aprel 2026 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















