Biləcəri və Kürdəxanı qəsəbələrində qaz olmayacaq
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Bakının Binəqədi və Sabunçu rayonlarının bəzi qəsəbələrində qaz təchizatı dayandırılacaq.
Bu barədə "Unikal"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində və Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar avqustun 5-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Biləcəri qəsəbəsinin A.Zeynallı, Q.Məmmədov, Ş.İ.Xəqani, M.Hüseynzadə və İ.Kərimov küçələrinin, Kürdəxanı qəsəbəsinin isə V. Əliyev, X.Əzimov, H.Hacıyev və Ə.Məlikov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Biləcəri qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
10 Yanvar 2025 11:37
Biləcəri stansiyasında “yanğın” Video
29 Aprel 2025 17:42
Sakinlərdən HƏYƏCAN TƏBİLİ: Kürdəxanı meşə massivi quruyur
05 İyun 2025 18:03
Azər Allahverənov Kürdəxanı qəsəbəsində vətəndaşları qəbul edib
25 Dekabr 2024 11:50
Azər Allahverənov Kürdəxanı qəsəbəsində vətəndaşların qəbulunu keçirib
24 Fevral 2025 13:52

