Biləcəridə səkilər zibilliyə çevrilib, ağaclar qurudulub Rəsmi qurumdan iddiaya CAVAB
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində səkilərdəki ağacların qurudulması və səkilərin dağıdılmış vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, səkilərdəki ağacların dibinə hətta məişət tullantıları belə atılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Davud Əhmədov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ağacların dibinin aidiyyəti qurumlar tərəfindən tullantılardan təmizləndiyi müəyyən edilib.
"Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi, "Yağmur" restoranının qarşısındakı söyüd ağaclarının qurudulması və dibinə tullantıların atılması ilə bağlı daxil olan şikayət araşdırılıb. Ağacların dibindən torpaq nümunələri götürülərək analiz olunması üçün laboratoriyaya təqdim olunub. Ərazidə ağac kəsilməsi faktı qeydə alınmayıb", - deyə xidmət rəisi vurğulayıb.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 24 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















