Icma.az
close
up
RU
Biləsuvar gömrüyündə şok maxinasiyalar ŞİKAYƏT

Biləsuvar gömrüyündə şok maxinasiyalar ŞİKAYƏT

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Gömrük əməkdaşları büdcəyə daxil olmalı olan vəsaiti necə “cibə ötürüblər”...

Naxçıvan Muxtar Respublikası (MR), Şərur şəhər sakini Ələsgərov Azər Fətulla oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi A.Ələsgərov Naxçıvan gömrüyündəki özbaşınalıqlardan şikayətçidir:

“Mən, Ələsgərov Azər Fətulla oğlu, yazaraq bildirirəm ki, 3-cü qrup ömürlük əliləm. Ailəliyəm, 3 övladım var.

2 il bundan əvvələdək Naxçıvan-Bakı-İran reysi ilə Bakıya gəlib-gedir, hər dəfə nələrsə gətirib satır, ailəmi dolandırırdım. Günlərin bir günü gömrükdən keçərkən kamera arxasında oturan Müslüm Məmmədov adlı əməkdaş mənimlə söhbət etmək istədiyini bildirdi. Həmin şəxs aparatdan keçən malların hamısına nəzarət edən biri idi və Biləsuvar gömrüyündə işləyirdi.

Xırdalan şəhərində ona məxsus obyektdə görüşdük və mənə iş təklif etdi. Dedi ki, “hər dəfə fikir verirəm, pul qazanmaq istəyən oğlansan, gəl bir yerdə işləyək. Mənim də sənin kimi adamım olsa, yaxşı qazanarıq”. Onu da əlavə etdi ki, yalnız mən işdə olan vaxt malları gətirməlisən.

Baxdım ki, pis təklif deyil, qəbul etdim. Çünki 2 blok siqaret gətirə bilmirsən, adi halda onun bir blokuna icazə verir, qalanını alıb anbara atırdılar. Bir sözlə, təklif mənə sərf edirdi.

Bu razılaşmadan sonra hər gedişdə 15-20 blok siqaret gətirə bilirdim. Siqaretləri satırdım, həm o qazanırdı, həm də mən. Bir blok siqaretdə 15-20 manat pul qalırdı. “Reddbull”, yağ və sair məhsulları da gətirib satırdım. Həftədə ən azı 2 dəfə gedib-gəlirdim.

Bir gün düşündüm ki, satdığım məhsullardan gələn gəlirin 80 faizini ona vermək mənə xeyr etmir. Özü ilə danışıb, fikrimi bildirdim. Artıq 7-8 ay idi ki, bir yerdə işləyirdik. Hər reysdə ümumilikdə 800-1000 manat qazanc olurdu. Sözümü dedim, amma razılaşdığını bilmədim.

Yenə günlərin birində atamla birgə gömrüyü keçirdik ki, bizi yaxaladılar. Cəmi 10 min manatlıq mal gətirirdim. Şəkillərimizi çəkdilər. Bu vaxt Müslümün özü kompüterin arxasında idi. Üzünə baxdım, başını yellədi. Telefonum əlimdə idi, yazdım ki, bəs nə olacaq?..

Bu arada, siqareti Gömrük depoya göndərmədi. Digər malları isə geri qayıdanda götürə biləcəyimi dedilər. Siqaret üçün isə cinayət işi açılacağını bildirdilər.

Mən Müslüm Məmmədovla işlədiyimə görə arxayın idim ki, o, problemi həll edəcək. Lakin, gördüm ki, bu məsələyə qarışmaq istəmir. Bu səbəbdən, rəislə görüşmək istədiyimi bildirdim. Bu vaxt Müslüm mənə mesaj yazdı ki, “balalarına qurban olum, məni satma, sənə kömək edəcəm. 5 qat onun əvəzini qazanmağına kömək edəcəm”. Mən də inanıb, susdum.

Lakin o, mənə kömək etmədi. İş məhkəməyə getdi. 1 İl ərzində dəfələrlə bu adamla əlaqə saxladım. Nə cavab verdi, nə də borcun verilməsinə kömək etdi. Əlimdə sübutlar çoxdur...

Sonra bir nəfərin əli ilə “Qaçaqmal”ın rəisi Mahir Cəlilovla tanış oldum. İşi Gömrük Komistəsindən Rüstəm bəy adlı şəxsə göndərdilər. Rüstəm bəy “Qaçaqmal”ın nəzarət rəisi idi. Onunla danışdım, çıxanda bildirdi ki, korrupsiyadan sənə zəng gələcək, əlində olan bütün materialları yığ, həmin şəxsə təqdim et.

Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsindən Emin bəy adlı adamla görüşdüm, bütün sübutları ona verdim. Mənə dedi ki, sənə zəng vuracam, gəlib imza atarsan, istintaq başlayar.

Zəng gəldi, getdim. Amma bilmədim ki, bütün sübutları hansısa marağa görə heçə sayarlar. Müslümün öz kartına ödənişlər etmişəm, amma digər sübutlar olduğu halda işə baxmadılar, xitam verildi. Yəni adını çəkdiyim qurumlar öz aralarında “məhkəmə edib”, xitam verilib.

Müslüm Məmmədov hazırda pensiyadadır və ona heç bir zərər dəyməyib. 10 min manatdan artıq borc isə mənim çiyinlərimdə qalıb. Bir-birinin ayağını basmadılar. Onu qoruyub, pensiyaya çıxardılar.

Bu gün bir daha sizin qəzet vasitəsilə rəsmi qurumlardan kömək istəyirəm. Xahiş edirəm ki, bu işə yenidən baxılsın, ciddi tədbir görülsün. 2 ildir borc-xərc paylasam da, hələ bitirə bilmirəm.

Son olaraq onu da deyim ki, bütün gömrük bölmələri eyni gündədir”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:309
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri