Icma.az
close
up
RU
Biləsuvar pambığı xarici bazarlarda: mahlıc və çiyid ixracı artır

Biləsuvar pambığı xarici bazarlarda: mahlıc və çiyid ixracı artır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Biləsuvar, 14 noyabr, İlkin Adıyev, AZƏRTAC

Biləsuvar rayonunda pambıq yığımı mövsümü başa çatdıqdan sonra məhsulun taleyi emal zavodlarında həll olunur. Belə ki, sahələrdən toplanan “ağ qızıl” burada xüsusi avadanlıqlarda ilkin emaldan keçərək mahlıc və çiyid halına gətirilir. Hazır məhsul həm ölkə daxilində, həm də xarici bazarlarda böyük tələbatla qarşılanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sahələrdən yığılan pambıq emal zavodunda mərhələli şəkildə təmizlənərək yüksək keyfiyyətli mahlıc halına salınır. Rayondakı “P-agro” MMC-yə məxsus zavodun həyətində üst-üstə yığılmış iri ağ bağlamalar ixraca hazır məhsuldur. Yaxın günlərdə bu mahlıcın böyük hissəsi xarici ölkələrə göndəriləcək.

Keçən il təkcə bu zavodda istehsal olunan 9 min ton mahlıc ixrac edilib. Yerli məhsulun keyfiyyət göstəricisi, xüsusilə də pambıq liflərinin uzunluğu alıcılar tərəfindən yüksək qiymətləndirilir və bu amil məhsula tələbatı daha da artır.

MMC-nin emal üzrə direktor müavini Şahin Babaxanov bildirir ki, pambıq emalının əsas məhsulu təkcə mahlıc deyil. Onun toxumu — yəni çiyid də xarici bazarda yüksək qiymətləndirilir. Xüsusi şəraitdə qurudulan çiyid daha sonra həm ölkə daxilinə, həm də xaricə satılır: “Bu il ixrac həcminin artacağı gözlənilir. Xam pambıqdan götürülən mahlıcın ümumi həcmi 10 min tona çata bilər. Bu isə həm ixracatda artım, həm də ölkəyə daxil olan valyutanın çoxalması deməkdir. Hazırda bir sıra ölkələrlə də danışıqlar aparılır”.

Pambığın mahlıcı qədər, onun toxumu da dəyərli hesab olunur. Çiyid ölkə daxilində heyvandarlıqda, xüsusilə də ətlik heyvanların bəslənməsində geniş istifadə edilir. “Eyni amanda çiyiddən alınan yağın keyfiyyəti yüksək olduğuna görə müxtəlif xarici ölkələr də Azərbaycan çiyidinin daimi alıcılarıdır”, - deyə emal mütəxəsisi Elşən Mirzəyev bildirir.

Hazırda Biləsuvarda bir neçə ixracyönümlü emal zavodu fəaliyyət göstərir və onların istehsal etdiyi məhsul əsasən Türkiyə, İran və Mərkəzi Asiya bazarlarına çıxarılır. Artıq bu il üçün də ilk sifarişlər qəbul olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri