Biləsuvarda baş verən yol qəzasında sürücü ölüb YENİLƏNİB
Icma.az, Azertag saytına istinadən bildirir.
Biləsuvar, 3 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş verən qəzada "VAZ 2107"nin sürücüsü, Cəlilabad rayonunun Sabirabad kənd sakini, 1986-cı il təvəllüdlü Abışov Mahir Ədalət oğlu ağır xəsarətlər alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, o, xəstəxanaya aparılarkən yolda həyatını itirib.
14:48
Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, "VAZ 2107" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində ölən və yaralananlar var.
Hazırda faktla bağlı araşdırma aparılır.

Biləsuvarda yol qəzasında yaralananların kimliyi bilindi YENİLƏNİB
06 Fevral 2025 14:27
Biləsuvarda yol qəzasında yaralananların son durumu açıqlanıb YENİLƏNİB
30 May 2025 17:10
Biləsuvarda avtomobilin vurduğu piyada xəstəxanada ölüb YENİLƏNİB
14 Aprel 2025 04:38
Ağdərədə baş verən yol qəzasında 4 nəfər ölüb YENİLƏNİB
30 Noyabr 2024 22:56
Biləsuvarda avtomobil maneəyə çırpılıb, sürücü ölüb
21 Sentyabr 2025 13:47

