Icma.az
close
up
RU
Biləsuvarda ər arvadını döydü TƏFƏRRÜAT

Biləsuvarda ər arvadını döydü TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Biləsuvar rayonunda 1982-ci il təvəllüdlü Mahir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mədinəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 7 sentyabr 2024-cü ildə Biləsuvar rayonunun kəndlərindən birində baş verib. 
Mahir yaşadıqları evin həyətində arvadı Mədinə ilə onun atasının yas mərasimindən iş yerinə iclasa getməsi səbəbi ilə şəxsi münasibətlər zəminində, yəni Mədinənin icazə almadan yas mərasimindən çıxaraq iş yerinə iclasa getməsi səbəbi ilə aralarında yaranmış mübahisə düşüb.
Mahir mübahisə zamanı Mədinəni yaşadığı evin həyətində yerdən götürdüyü daşla kürək nahiyəsindən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Mahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, 2005-ci ildə Mədinə ilə ailə həyatı qurub: 
“Bizim 3 övladımız var. Əvvəllər ailə münasibətlərimiz yaxşı olub. Son 3-4 aydır ki, aramızda sözlü mübahisələr olurdu. Sonuncu dəfə atamın hüzr vaxtı yoldaşım işi ilə əlaqədar Salyan rayonuna iclasa getmək istədim. Mən yoldaşıma icazə verməsəm də, yoldaşım həmin iclasa getdi. İclasdan qayıdandan sonra  evə gedərək ona iclasa getməsinə görə əsəbləşdim. Aramızda sözlə mübahisə baş verdiyindən yoldaşım  ondan bir az aralıda durarkən həyətdən daşı götürdüm, ona tərəf atdım. Daş yoldaşımın kürəyinə dəydi. Sonra həyətdən uzaqlaşaraq atamın hüzr yerinə getdim. Lakin hazırda əməlimdən peşmançılıq hissi keçirirəm. Buna görə də Mədinədən üzr istəyirəm. Ona dəymiş ziyanı aradan qaldırmışam, barışığa nail olmuşam”. 
Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. 
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. Bu səbəbdən Mahirin barəsində olan cinayət təqibinə xitam verilib. 
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Yanvar 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri