Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 11 ailə Cəbrayıla köçürülüb
Report.az saytına istinadən Icma.az xəbər verir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.
Cəbrayıl Rayon İcra Hakimiyyətindən "Report"un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 11 ailə 53 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.
Bununla yanaşı, Bakı şəhərindən 15 ailə - 80 nəfər, Abşeron rayonundan 5 ailə - 25 nəfər, Sumqayıt şəhərindən 3 ailə - 16 nəfər, Saatlı rayonundan 2 ailə - 8 nəfər, Şabran rayonundan 2 ailə - 9 nəfər, Şəki rayonundan 1 ailə - 4 nəfər, Beyləqan rayonundan 1 ailə - 5 nəfər, Cəbrayıl şəhərinə yola salınıb.
Həmçinin qeyd olunub ki, bugünədək ölkənin müxtəlf bölgələrində məskunlaşmış cəmi 203 ailə - 783 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 30 Noyabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















