Biləsuvarda polis əməliyyat keçirib, narkotik və silah aşkarlanıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 38 yaşlı Eldar Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən xəbərə görə, həmin şəxsdən 11 kiloqram marixuana, tiryək, metamfetamin və 1 ədəd gecəgörmə cihazı aşkarlanıb.
Həyata keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Yusif Qurbanov saxlanılıb. Ondan "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Biləsuvarda əməliyyat zamanı narkotik vasitə aşkarlanıb
12 Yanvar 2025 13:03
Biləsuvarda 5 kiloqram narkotik vasitələr və silah sursat aşkarlanıb
13 Fevral 2025 14:51
DİN əməliyyat keçirib, 15 kiloqram narkotik aşkarlanıb
13 Avqust 2025 14:36
DİN əməliyyat keçirib, 33 kiloqram narkotik aşkarlanıb
22 Avqust 2025 15:51
Biləsuvarda əməliyyat: Vüqar Quluzadə saxlanılıb
08 İyul 2025 09:43

