Icma.az
close
up
RU
Biləsuvarda qəza riskinin yüksək olduğu ərazilərdə 12 ədəd radar quraşdırılır

Biləsuvarda qəza riskinin yüksək olduğu ərazilərdə 12 ədəd radar quraşdırılır

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biləsuvar rayonunda vətəndaşların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və yol hərəkəti qaydalarına əməl edilməsi səviyyəsinin yüksəldilməsi məqsədi ilə genişmiqyaslı təhlükəsizlik tədbirlərinə start verilib.

"Report"un Muğan bürosunun məlumatına görə, bu məqsədlə Daxili İşlər Nazirliyi tərəfindən "Təhlükəsiz şəhər" layihəsi çərçivəsində rayon ərazisində ümumilikdə 80 müxtəlif nöqtədə 176 ədəd yeni, müasir müşahidə kameralarının və 12 ədəd radar cihazının quraşdırılması işlərinə başlanılıb. Quraşdırılacaq kameralar həm şəhər mərkəzini, həm də rayonun ətraf ərazilərini əhatə etməklə, ictimai yerlərdə baş verə biləcək hadisələrin vaxtında aşkarlanmasına, operativ müdaxilə imkanlarının artırılmasına və ümumi təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

Eyni zamanda, sürücü intizamının artırılması və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə rayon ərazisində quraşdırılacaq 12 ədəd radar cihazı əsasən yüksək intensivlikli yol sahələrində, qəza riskinin yüksək olduğu ərazilərdə və tez-tez sürət həddinin aşılması halları qeydə alınan istiqamətlərdə yerləşdiriləcək. Avtomatik rejimdə fəaliyyət göstərəcək bu sistem vasitəsilə qayda pozuntularının aşkarlanması daha operativ və şəffaf şəkildə həyata keçiriləcək, sürücülərin məsuliyyət hissi artacaq və nəticə etibarilə yol hərəkəti daha təhlükəsiz olacaqdır.

Görülən bu tədbirlər Biləsuvar rayonunda müasir texnologiyaların tətbiqi ilə ictimai təhlükəsizliyin gücləndirilməsi və vətəndaş rifahının yüksəldilməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Layihənin mərhələli şəkildə icrası nəticəsində gələcəkdə rayon ərazisində baş verəcək cinayət hallarının və yol-nəqliyyat hadisələrinin azalmasına da təsir edəcəkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 İyul 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri