Icma.az
close
up
RU
Biləsuvarda tikiş fabriki fəaliyyətə başlayıb

Biləsuvarda tikiş fabriki fəaliyyətə başlayıb

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Biləsuvar rayonunda yeni tikiş fabriki fəaliyyətə başlayıb.

Bu barədə “Report” İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, regionda sənayenin inkişafı və məşğulluğun təmin olunmasına öz töhfəsini verəcək müəssisənin qurulmasına KOBİA tərəfindən dəstək göstərilib. Belə ki, Agentlik fabrikin yaradılması üçün sahibkara dövlət dəstəyi mexanizmləri barədə məsləhət xidməti, istehsal fəaliyyətini həyata keçirmək üçün obyektin tapılması, aidiyyəti qurumlarla əlaqələndirməklə işçilərin peşə hazırlığı kurslarına cəlb edilməsi və dövlətin güzəştli kreditinə çıxış istiqamətində dəstək göstərib.

Tekstil sahəsində 10 illik təcrübəyə malik fərdi sahibkarın yaratdığı müəssisə istehsal ərazisi və yardımcı infrastruktur olmaqla ümumilikdə 1000 m²-ə yaxın sahəni əhatə edir. Müəssisənin qurulmasına ilkin mərhələdə 120 min manat həcmində investisiya yatırılıb. Hazırda burada 16 işçi çalışır ki, onların əksəriyyəti qadınlardır. Növbəti mərhələdə isə müəssisədə 70-80 nəfərin məşğulluğunun təmin olunması planlaşdırılır. Müəssisə ekoloji baxımdan zərərli tullantılar yaratmır və ətraf mühitə mənfi təsir göstərmir.

Regionlarda istehsal və emal müəssisələri yaratmaq istəyən sahibkarlıq subyektləri dövlət dəstəyi mexanizmləri barədə informasiya, məsləhət xidməti, əlaqələndirmə və digər dəstəklər üçün KOBİA-nın bölgədə fəaliyyət göstərən KOB dostu ofisinə müraciət edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://report.az
archiveBu xəbər 31 Yanvar 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri