Biləsuvarda toy karvanında ağır yol qəzası baş verib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Biləsuvar, 27 dekabr, İlkin Adıyev, AZƏRTAC
Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.
Belə ki, toy karvanında hərəkət edən avtomobillərdən biri naməlum səbəbdən idarəetmədən çıxaraq yol kənarından aşıb və su kanalına düşüb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb.
Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları tərəfindən araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri araşdırmalar başa çatdıqdan sonra məlum olacaq.
Bu mövzuda digər xəbərlər:Biləsuvarda ağır yol qəzası olub,
03 Sentyabr 2025 22:59
Biləsuvarda yol qəzası
20 Sentyabr 2025 20:28
Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib
03 İyun 2026 11:29
Biləsuvarda ağır yol qəzası: Xəsarət alanlar var
30 Noyabr 2024 12:05
Biləsuvarda toy karvanında Lexus kanala aşdı, ölənlər var
27 Dekabr 2025 18:55
Baxış sayı:113
Bu xəbər 27 Dekabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















