Icma.az
close
up
RU
Biləsuvarda üzüm bağlarında ziyanvericilərə qarşı mübarizə aparılır

Biləsuvarda üzüm bağlarında ziyanvericilərə qarşı mübarizə aparılır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Biləsuvar, 19 avqust, İsmayıl Cəfərli, AZƏRTAC

Biləsuvarda üzüm bağlarında məhsuldarlığın artırılması istiqamətində tədbirlər həyata keçirilir. Bağlarda ziyanvericilərə qarşı mübarizə mövsüm boyu nəzarətdə saxlanılır.

AZƏRTAC xəbər verir ki, respublikanın əsas kənd təsərrüfatı rayonlarından olan Biləsuvarda əkin sahələrində bitki mühafizə tədbirlərinin icrası diqqət mərkəzində saxlanılır. Təxminən 65 min hektara yaxın əkinaltı torpaq sahələrində hazırda 100-lərlə fermer, mülkiyyətçi əkin-biçinlə məşğuldur. Rayonda fəaliyyət göstərən fermerlərlə mütəmadi görüşlər keçirən Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin əməkdaşları xəstəlik və ziyanvericilərə qarşı vaxtında mübarizənin vacibliyini izah edirlər. Növbəti maarifləndirici tədbir rayonun Dərvişli kəndindəki üzüm bağında təşkil olunub. Fermer Azad Bədirova məxsus 45 hektar üzüm bağında bölgənin iqliminə uyğun 10-a yaxın məhsuldar xarici üzüm sortu yetişdirilir. Düzgün aqrotexniki qulluq və qarşılıqlı əməkdaşlıq-qoruyucu tədbirlər nəticəsində bu mövsüm məhsuldarlıq ötən ildən xeyli yüksəkdir. Biləsuvar Bitki Mühafizə və Fumigasiya Mərkəzinin rəisi Vüqar İsayevin sözlərinə görə, Aqrar Xidmətlər Agentliyinin tədbirlər planına uyğun olaraq, rayonda yalnız meyvə bağlarında deyil, həm də taxıl, bostan-tərəvəz və yem bitkiləri sahələrində mütəmadi monitorinqlər həyata keçirilir, fermerlər maarifləndirilir.

“Bilirik ki, üzüm sahələrində, bütün kənd təsərrüfatı bitkilərində xəstəlik və ziyanvericilər mövcuddur. Üzüm bitkisində ən çox yayılmış xəstəlik “mildium” və “omidium”dur. “Mildium” xəstəliyi ən çox çiçəkləmə dövründən qabaqkı mərhələlərdə rast gəlinir, “Omidium” isə hazırkı dövrə kimi müşahidə olunur. Bu xəstəliklərin qarşısını almaq üçün kükürd tərkibli birləşmələrdən istifadə olunur. Biz daima zəhmətkeş fermerlərimizin yanında oluruq, tövsiyələr veririk, hətta lazım olanda onlar üçün kimyəvi mübarizə tədbirlərimiz həyata keçirilir”, - deyə V. İsayev əlavə edib.

Görüş zamanı fermerlərlə birlikdə bağlara baxış keçirilib, müşahidələr müzakirə olunaraq, üzüm kollarına yeni feromon tələlər asılıb. Qeyd olunub ki, bu il üzüm sahələrində əsasən gilə qurdu və “omidium” xəstəliyi aşkarlanıb, müvafiq mübarizə tədbirləri görülərək qarşısı alınıb. Aqronom Xudaverdi Ağacanov deyir ki, indiyədək bağlardan 400 tona yaxın üzüm yığılıb paytaxt bazarlarına göndərilib. Bəzi salxımların çəkisi isə 2 kiloqrama yaxın olub: “Bu sahədə bizə əsas köməyi dəyən bitki mühafizə xidmətinin əməkdaşlarıdır. Bir yerdə işləyirik. Onun nəticəsi olaraq gördüyünüz körpə tingləri əkmişik. İstəyirik ki, əkin sahələrini daha da artıraq”.

Maarifləndirici görüşdə bağlarda zərərvericilərin mövcudluğu və populyasiya sıxlığını araşdırmaq üçün feromon tələlər quraşdırılıb. Quraşdırılan tələlər mərkəz əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılacaq və problem aşkarlanarsa, zərərvericilərə qarşı təlimata uyğun mübarizə tədbirləri aparılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Avqust 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri