Biləsuvarda yeniyetmə bacısının qayınatasını bıçaqladı
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində dünən gecə saatlarında qeydə alınıb.
Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü K.A. həmkəndlisi 1966-cı il təvəllüdlü Babayev Azər Babulla oğlunu bıçaqlayıb.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına bədəninin müxtəlif nahiyələrinin deşilmiş yaraları ilə çatdırılan A.Babayev təcili əməliyyat olunub. Hazırda vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə yaralanan kişinin gəlininin qardaşıdır. Hadisəyə səbəb ailədaxili münaqişənin olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov

Söyüşə görə bacısının qayınatasını bıçaqladı: Biləsuvardakı hadisənin təfərrüatı
20 Avqust 2025 21:10
Biləsuvarda yeniyetmə oğlanın meyiti tapıldı
15 May 2025 09:50
Biləsuvarda yeniyetmə TikTokun güdazına getdi
01 Yanvar 2025 20:34
Biləsuvarda Netdən partladan düzəldən yeniyetmə zəhərlənib
01 Yanvar 2025 20:47
Biləsuvarda yeniyetmə Nivanı aşırdı: yaralılar var
01 Mart 2025 19:23

