Bilgəhdə zibilliyə çevrilmiş çimərlik təmizlənib
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bilgəhdə zibilliyə çevrilmiş ictimai çimərliklərdən biri tullantılardan təmizlənib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən bildirilib.
Məlumata əsasən, ərazi tam təmizlənilərək təhvil verilib:
"Bakı Şəhər və Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin departamentinin işçiləri ərazidə təmizləmə işləri aparıblar. Ərazi tam təmizlənib və təhvil verilib. Vətəndaşlardan təmizliyə riayət etmələrini xahiş edirik".
Qeyd edək ki, sosial şəbəkələrdə Bilgəhdə yerləşən "Daçnik" adı ilə tanınan ictimai çimərliklərdən birinin zibilliyə çevrilməsinin görüntüləri yayılıb.

Bilgəhdə zibilxanaya çevrilmiş çimərlik Qarpız qabıqları, butulka lar
09 İyul 2025 14:42
Türkan qəsəbəsində zibilliyə çevrilmiş ƏRAZİ
06 Yanvar 2025 17:39
Bilgəhdə uşaq dənizdə BATDI
14 İyun 2025 19:09
Cənnətə çevrilmiş Qarabağ!
13 Yanvar 2025 13:12
Maştağa və Bilgəhdə qaz olmayacaq
13 May 2025 19:50

