Icma.az
close
up
RU
Bill Qeyts kasıb adama qız verərmi? Özü açıqladı FOTO

Bill Qeyts kasıb adama qız verərmi? Özü açıqladı FOTO

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Microsoft”un həmtəsisçisi, milyarder Bill Qeyts “qızınızı kasıb adamla evləndirərdinizmi?” sualına verdiyi cavabla maraq doğurub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, milyarder bu barədə bir neçə il əvvəl ABŞ-də keçirilən investisiya və maliyyə konfransında danışıb. Bill Qeytsə "dünyanın ən varlı adamlarından biri kimi qızınızın kasıb və adi bir adamla evlənməsi mövzusunda nə düşünürsünüz?” sualı verilib.

Milyarderin cavabı isə belə olub:

“Əvvəlcə onu deyim ki, zənginlik bank hesabınızda çoxlu pul olması demək deyil. Zənginlik əvvəlcə va-dövlət yaratmaq qabiliyyətidir. Məsələn, lotereyada və ya şans oyunlarında 100 milyon qazanan şəxs varlı deyil, çox pulu olan kasıbdır. Bax buna görə də lotereya milyonçularının 90%-i 5 il sonra yenidən kasıblayır.

Bundan əlavə, pulu olmayıb varlı olanlar da var və çoxu sahibkardır. Pulları olmaya bilər, amma maliyyə zəkaları inkişaf edir və bu da həqiqi zənginlikdir.

Kasıbla varlı arasındakı fərq nədir?

Əgər bir gəncin oxumağa, yeni şeylər öyrənməyə, özünü davamlı olaraq inkişaf etdirməyə çalışdığını görsəniz, deməli, o, zəngin adamdır. Əgər bir gənc dövləti ittiham edirsə, bütün varlıların korrupsioner olduğunu düşünürsə, davamlı onları tənqid edirsə, o adam kasıbdır.

Zənginlər hesab edirlər ki, onlara lazım olan tək şey bilik və təcrübədir. Kasıblar isə düşünürlər ki, başqaları ona pul verməlidir.
Dolayı yolla, “qızım kasıb adamla evlənməz” deyəndə pulu nəzərdə tutmuram. Mən o adamın sərvət formalaşdırmaq qabiliyyətindən danışıram.

Həqiqət budur ki, cinayətkarların çoxu kasıb insanlardır. Pulu görən kimi özlərini itirirlər və necə qazanacaqlarını bilmədikləri üçün oğurluq və ya hücum kimi yollara baş vururlar.

Bir gün bankda mühafizəçi işləyən şəxs içərisi pulla dolu çanta tapır və onu aparıb bankın müdirinə verir. Bir çox insan hesab edir ki, o, axmaqdır, amma realda pulu olmayan, ruhu zəngin bir adamdır. 

Bir il sonra bank ona resepşnda iş təklif edir. 3 il sonra müştərilərdən məsul şəxs və 10 il sonra isə eyni bankın bölgə müdiri olur. İndi yüzlərlə işçini idarə edir və illik maaşı oğurlaya biləcəyi məbləğdən dəfələrlə çoxdur. Zənginlik hər şeydən əvvəl ruh halıdır”.

Qeyd edək ki, B.Qeytsin ümumi sərvəti 107.9 milyard dollardır. O, dünyanın ən varlı adamları siyahısında ön sıralarda yer alsa da, 2021-ci ildə boşandıqdan sonra siyahıda geriləyib. Onun sərvəti 2021-ci ildə 124 milyard dollar təşkil edirdi. 2025-ci ilin siyahısına görə, o, hazırda dünyanın ən varlı 11-ci şəxsidir. 

Biznesmenin 2 qızı və bir oğlu var. Bill Qeytsin böyük qızı Cennifer 2021-ci ildə misirli amerikalı peşəkar atçı və biznesmen Nayel Nassarla evlənib. Onun sərvəti təxminən 100 milyon dollardır. B.Qeytsin kiçik qızı Fibi Qeyts isə subaydır. 

Billurə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Mart 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri