Icma.az
close
up
RU
Bill Qeytsdən kriptovalyuta açıqlaması: Özlərini aldadan yüksək İQ lu insanlar...

Bill Qeytsdən kriptovalyuta açıqlaması: Özlərini aldadan yüksək İQ lu insanlar...

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milyarder və "Microsoft"un həmtəsisçisi Bill Qeyts kriptovalyutalarla bağlı sərt açıqlamalar verərək, bu aktivləri faydasız adlandırıb.

Qaynarinfo xəbər verir ki, milyarder bu barədə "The New York Times"a müsahibəsində danışıb.

"Bu mövzuda özlərini aldadan yüksək İQ-lu insanlar var", deyə Bill Qeytsin bu şərhi "Bitcoin"in son həftələrdə rekord həddə çatdığı və kriptovalyuta sektorunun Donald Trampın Ağ Evə dönüş perspektivini müsbət qarşıladığı bir dövrdə gəlib. 

Tramp rəqəmsal valyutalara dəstək verəcəyini açıqlayıb və hətta keçən ay özü və həyat yoldaşı Melaniya Tramp şəxsi "meme coin"lərini bazara çıxarıb.

Kriptovalyuta bazarındakı qeyri-sabitlik

Son zamanlar kriptovalyuta bazarında güclü dalğalanmalar müşahidə olunur. Bazar ertəsi günü ABŞ ilə ticarət tərəfdaşları arasında ticarət müharibəsi ehtimalı, kriptovalyutaların qiymətinə mənfi təsir edib və bəzi tanınmış rəqəmsal aktivlərin dəyəri 10%-dən çox düşüb. Lakin yüksək oynaqlıq ilə tanınan bu bazar qısa müddət sonra yenidən toparlanıb və Bitcoin 100 min dollar həddini keçib.

Bill Qeytsin kriptovalyutalara əvvəlki münasibəti

Bill Qeyts əvvəllər də "Bitcoin" və onun yüksək dəyişkənliyi ilə bağlı şübhələrini ifadə edib. 2022-ci ildə o, maliyyə imkanları məhdud olan şəxslər üçün Bitcoin-in riskli bir sərmayə ola biləcəyi barədə xəbərdarlıq etmişdi. 

"Bloomberg"ə verdiyi bir müsahibədə, İlon Mask və "Tesla"nın böyük miqdarda "Bitcoin" sahibi olması ilə bağlı suala cavab verərkən belə deyib:

"İlonun tonlarla pulu var və o, çox ağıllı biridir. Ona görə də onun "Bitcoin"inin təsadüfi şəkildə yüksəlib-enməsinə görə narahat olmuram. Ancaq bu cür çılğınlıqlara bəlkə də artıq pulu olmayan insanlar qapılır. Buna görə də mən "Bitcoin"ə müsbət yanaşmıram.

Bill Qeyts həmçinin "Bitcoin"in cəmiyyətə konkret bir fayda vermədiyini düşünür:

"Bitcoin" çox enerji sərf edir və anonim əməliyyatları təşviq edir. Bu əməliyyatlar geri qaytarıla bilmir. İnsanlar cəmiyyət üçün real dəyər yaradan şeylərə sərmayə qoymalıdırlar, lakin Bitcoin onlardan biri deyil".

Uorren Baffetdən kriptovalyutalara sərt reaksiya

Bill Qeytsin tənqidlərinə daha əvvəl tanınmış investor Uorren Baffet də sərt reaksiya vermişdi. O, kriptovalyutaları "siçan zəhəri" və "qumar fişləri" adlandıraraq bu bazarın pis sonluqla nəticələnəcəyini bildirmişdi.

Bununla belə, Baffet kriptovalyutalara qarşı tənqidi mövqeyinə baxmayaraq, "Berkshire Hathaway" şirkəti dolayısı ilə kriptovalyutalarla əlaqəli bir şirkətə - "Nu Holdings"ə sərmayə qoyub.

Braziliyada qurulan "Nu Holdings" rəqəmsal bankçılıq xidmətləri göstərən və 100 milyondan çox müştəriyə sahib bir şirkətdir. Bu platforma istifadəçilərə "Bitcoin" və digər kriptovalyutalarla əməliyyat aparmaq imkanı təqdim edir. Hətta öz kriptovalyuta ticarət platforması olan "Nucripto"nu da istifadəyə verib.

"Berkshire Hathaway" "Nu Holdings"ə şirkət birja siyahısına daxil olmamışdan əvvəl 500 milyon dollar sərmayə qoymuşdu və hazırda burada milyardlarla dollarlıq paya sahibdir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Fevral 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri