Icma.az
close
up
RU
Bilmədən xəstə heyvan əti istehlak etmək günah hesab edilirmi? AÇIQLAMA

Bilmədən xəstə heyvan əti istehlak etmək günah hesab edilirmi? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İnsanlar bazardan ət alır, evinə aparır, bişirir, yeyir, sonra eşidir ki, guya o heyvan xəstə olub. Daxildə günah qazanmaqla bağlı narahatlıq yaranır.  Bu insanı narahat edir, çünki məsələ təkcə hüquqi hökm deyil, insanın vicdanına toxunan mövzudur. Burada həm şəriətin səmimiliyi, həm də sağlam məntiq bir nöqtədə birləşir".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
"İslamda insanların bilmədiyi şeylərə görə məsuliyyət daşımaması mühüm prinsipdir. Quranda dəfələrlə insanın yalnız qəsdən etdiyinə görə cavabdeh olacağı vurğulanır. Peyğəmbərimizin də bir prinsipi var: “Ümmətim səhv etdiklərinə, unutduqlarına və məcbur olduqlarına görə məsul tutulmaz.” Yəni məsələ dərindən araşdırıldıqda görünür ki, Allah insana çətinlik yaratmaq üçün deyil, rahatlıq vermək üçün hökm göndərir. Əgər bir insan bilmədən qüsurlu, xəstə və ya halal olmayan bir heyvanın ətini alıb istifadə edibsə, burada günah yoxdur. Çünki niyyət təmizdir, məqsəd halaldır və seçim normal qaydada edilib. Bu vəziyyətdə günah o xəstə heyvanı bilərək satan şəxslərin üzərinə düşür"
O bildirib ki, fiqh alimləri də bu mövzuda yekdil fikirdədir: 
"Əgər əti alan adamın bu barədə məlumatı yoxdursa, məsuliyyət də yoxdur. Ətin halallığı barədə ilkin ehtimal həmişə “halaldır” şəklində qəbul edilir. İnsan özü bilərək pozuntu etməyibsə, sonradan eşidilən xəbərlər onu günahkar etmir. Burada həm də sosial bir məqam var. İslam insanı daim şübhə içində yaşamağa məcbur etmir. Əgər hər aldığımız məhsulda qorxu axtarsaq, həyat yaşanmaz olar. Ona görə şəriətin yanaşması real və praktiki əsaslarda qurulub.
El arasında yayılmış “Hər şeydə günah axtarmaq lazım deyil” fikri isə dinin mahiyyətinə uyğun deyil. Əksinə, Allahın dini insanı rahatlaşdırmaq və yükünü azaltmaq üçündür. Əgər heyvan xəstə olubsa və kəsən adam bunu bilib-bilməyibsə və ya bilərək gizlətdisə, məsuliyyət onun üzərinə düşür, alıcıya yox. Çünki alış-veriş normal qaydada edilib və alıcının bu barədə məlumatı olmayıb".
İlahiyyatçı deyib ki, vacib bir məqam isə xəstə heyvan ətinin tibbi cəhətdən zərəri ola bilməsidir:
"İnsan bilmədən zərərli məhsul yeyibsə, bu günah deyil, sadəcə tibbi məlumatın olmamasından doğan təbii vəziyyətdir. Əgər zəhərlənmə və ya xəstəlik baş veribsə, bu artıq hüquqi məsuliyyət də yaradır. Çünki xəstə heyvanın əti insan sağlamlığına risk yaradır. Qəssablar bu məsələyə xüsusi diqqət etməlidirlər və onların məsuliyyəti daha çoxdur. İslamın ruhu şəffafdır: günah niyyət və qəsdlə əlaqəlidir. Xəstə heyvan ətləri satanlar sağlam heyvan kəsməyə diqqət etməlidirlər. Əti alan adam bilə-bilə harama giribsə, məsuliyyət var. Amma bilmədən, adi qaydada və halal məqsədlə qida alıb yeyibsə, heç bir günah yoxdur. Allah insan üçün çətinlik deyil, asanlıq istəyir. Bəzən elə hallar olur ki, malı alan qəssab da aldadılır. Bir sözlə, bu məsələdə ehtiyatlı olmaq daha məqsədəuyğundur".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Noyabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri