Icma.az
close
up
RU
Bilmədiyini də bilməmək…

Bilmədiyini də bilməmək…

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

AFFA rəhbərliyinin bir illik passivliyi artıq qurumun daxilində də ciddi narahatlıq yaradır. İllərdir təcrübəli mütəxəssislər, futbol adamları hazırda sahənin gələcəyi barədə konkret fikir bildirməkdən çəkinir. Bir müddət öncə yaranan qeyri-müəyyənlik bu gün artıq yerini çarəsizliyə buraxıb.

Kifayət qədər neqativ enerji yayan Rövşən Nəcəfin idarə etdiyi qurumda son vaxtlar yeni fiqurun ortaya atıldığı görünür – baş katib Cahangir Fərəcullayev. Sözügedən şəxs ilk həmləsini AFFA-nın Hesabat Konfransında etdi. O, açıq sözlü, şəffaf imici yaratma cəhdi ilə Azərbaycan futbolunun problemlərini sadaladı.

Bütün Azərbaycanın baş katib də daxil olmaqla AFFA rəhbərliyinə dediyi problemləri olduğu kimi ictimaiyyətə qaytarılmasının arxasında hansı plan dayandığını zaman göstərəcək. Fərəcullayevin bir ildir AFFA rəhbərliyinin heç nə etmədiyini üzündən oxuduğu kağıza kim yazıb bizim üçün də maraqlıdır. Yəqin ki, bunun da hansı məqsədlə edildiyi üzə çıxacaq.

Ancaq bizim üçün maraqlı olan əsas məsələ baş katibin özünün hansı işi görəcəyidir. Açığı, konfransdakı çıxışı heç də yaxşı şeylər vəd etmir. Çünki Cahangir bəyin başdan-ayağa bu sahəyə yad olduğu hiss olunur, problemlərə necə yanaşacağı, ümumiyyətlə, haradan başlayacağı barədə heç bir məlumatının olmadığı anlaşılırdı. Sadəcə yeni fiqur olmağın verdiyi özgüvənlə “bilirəm, xəbərim var” mesajını ötürdü. İndi də o problemlərin içində qalıb, çıxış yolu axtarır.

Xəbərlər gəlir ki, artıq indidən müxtəlif koalisiya axtarışlarına başlayıb və özünümüdafiə dəstəsi yaratmaq cəhdindədi. Dərhal deyək ki, bu, sabiq AFFA rəhbərliyinin tərzidir və bizim üçün heç də yad deyil. Bu yanaşma köhnədir, uğursuzdur və sonda mütləq məğlubiyyətə məhkumdur.

Bəli, Cahangir Fərəcullayev futbola, bu sahənin idarəçiliyinə yad adamdır. Bilmir. Hətta bilmədiyini də bilmir. Nə işi bilir, nə iş hardan başlamağı. Amma bunlara rəğmən, vəzifəsini unutmamalıdır. Azərbaycan futbolu 30 ildə uçurum kənarına gətirilib. Bunun əsl səbəbi də futbola ofisdən baxıb, kağız-kuğuzla oynayan adamlar olub.

Həsən Quluzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 25 Aprel 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see422

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see365

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see261

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see249

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see228

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see224

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see217

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see214

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see212

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see210

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see190

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see187

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see180

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see176

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see175

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see173

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see172

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see170

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see163

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri