“Bilmirəm bir xala sevinim, yoxsa pis olum” “İmişli”nin çalışdırıcısı
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
1-ci liqada son turun mərkəzi oyunu Yevlaxda keçirildi.
“İmişli” oyunun əksər bölümündə öndə olsa da, “Karvan” 1-ci liqanın mərkəzi oyununda “Karvan” “İmişli”ni qəbul ed sona yaxın hesabı bərabərləşdirə bildi. Oyundan sonra “İmişli”nin baş məşqçisi Fərid Namazov “Footbal-plus.az”a açıqlama verib:
“Oyunun çətin keçəcəyi və stadionun vəziyyəti məlum idi. Hər şeyi nəzərə alıb hazırlaşmışdıq. Uzun toplu oyun düşünürdük. Rəqibin də stili belədi. Gərgin oyun oldu. Uzun müddət hesabda öndə olsaq da, təəssüf ki, üstünlüyü qoruya bilmədik. Birinci hissədə, hətta 60-ci dəqiqəyə qədər üstünlük bizdə idi, daha sonra rəqib oyuna nəzarət etdi. Oyunun belə olacağı gözlənilirdi. Liqadakı ən çətin səfər Yevlax səfəridi. Həm Yevlax, həm İmişli əhlinin komandaya böyük dəstəyi var. Qələbəyə inanırdıq, məqsədimiz üç xal idi. İtkilərimiz də var idi. Bilmirəm bir xala sevinim, yoxsa pis olum. Amma deyərdim ki, oyunun ədalətli nəticəsi heç-heçə idi”.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 14 Aprel 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















