Icma.az
close
up
RU
Bina sakinlərinin bitməyən dərdləri Həyət evində bunlar yoxdur

Bina sakinlərinin bitməyən dərdləri Həyət evində bunlar yoxdur

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəhərdə mənzil qiymətlərinin artması və yeni tikili binaların sayının çoxalması ilə çoxmərtəbəli binalarda yaşayanların sayı da artır. Lakin rahatlıq və komfort vəd edən bu yaşayış forması bir çox hallarda qonşu problemləri, səs-küy, ümumi istifadə sahələri və digər məişət narahatlıqları ilə müşayiət olunur.

Yeni tikili binaların sakinlərinin yaratdığı "WhatsApp" qruplarında hər gün müxtəlif şikayətlərin paylaşılması artıq adi hala çevrilib. Kimisi gecə saatlarında aparılan təmir işlərindən, kimisi uşaqların səsindən, kimisi isə sanitar şaxtalar vasitəsilə mənzillərə yayılan qoxulardan narazılıq edir.

Bəs həyət evində yaşamağın üstünlükləri nələrdir? Marqarita pizza

"Yeni Sabah" xəbər verir ki, daşınmaz əmlak mütəxəssislərinin fikrincə, fərdi yaşayış evləri sakinlərə daha sərbəst və rahat həyat tərzi təqdim edir.

Ən böyük üstünlüklərdən biri səs-küy probleminin minimum səviyyədə olmasıdır. Mənzildə yaşayanlar tez-tez yuxarı mərtəbədən gələn ayaq səsləri, gecə mebel sürüklənməsi, yüksək səslə musiqi və ya təmir işləri ilə üzləşirlər. Həyət evində isə bu cür problemlər demək olar ki, yaşanmır.

Digər mühüm üstünlük məxfiliyin qorunmasıdır. Mənzil sakinləri hər gün lift, blok və giriş qapısı kimi ümumi sahələrdən istifadə etdikləri üçün qonşularla daha sıx təmasda olurlar. Fərdi evdə isə insan öz şəxsi məkanına daha rahat sahib olur.

Mütəxəssislər bildirirlər ki, həyət evi yaşayanlara əlavə istifadə imkanları da yaradır. Həyətdə avtomobili rahat saxlamaq, uşaqlar üçün oyun sahəsi yaratmaq, meyvə ağacları və ya tərəvəz yetişdirmək, ailəvi istirahət guşəsi qurmaq mümkündür. Mənzildə yaşayanlar isə bu imkanlardan məhrum qalırlar.

Fərdi evlərin üstünlüklərindən biri də ümumi kommunal qaydalardan asılılığın olmamasıdır. Çoxmərtəbəli binalarda liftin xarab olması, blokun təmiz saxlanılmaması, park yeri üstündə mübahisələr, zibilin vaxtında daşınmaması kimi problemlər tez-tez müzakirə olunur. Həyət evində isə bu məsələlərin əksəriyyətinə ev sahibi özü nəzarət edir.

Binalarda sakinlərin ən çox narazı qaldığı məsələlərdən biri də ventilyasiya və sanitar şaxtaları ilə bağlıdır. Bəzi hallarda hamam və tualetdə çəkilən siqaretin qoxusu və ya yemək iyi eyni şaxta vasitəsilə digər mənzillərə yayılır. Bu da qonşular arasında narazılıqlara səbəb olur.

Bundan başqa, mənzillərdə yuxarı mərtəbədən su sızması, kanalizasiya xətlərində nasazlıq, ümumi borularda qəza kimi problemlər də digər sakinlərə təsir edə bilir. Həyət evlərində isə kommunikasiya xətləri əsasən bir evə xidmət etdiyi üçün risk daha məhdud olur.

Psixoloqlar da hesab edirlər ki, şəxsi həyətdə daha çox vaxt keçirmək, açıq havada istirahət etmək və ya bağçılıqla məşğul olmaq insanların stres səviyyəsinin azalmasına müsbət təsir göstərir. Xüsusilə uşaqlı ailələr üçün həyətin olması onların daha təhlükəsiz və sərbəst oyun oynamasına şərait yaradır.

Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, həyət evinin də müəyyən çətinlikləri var. Həyətin təmizliyi, yaşıllığa qulluq, dam və hasarın təmiri, təhlükəsizlik məsələləri tam şəkildə ev sahibinin məsuliyyətində olur. Buna baxmayaraq, daha sakit mühit, şəxsi məkan və sərbəst yaşayış imkanları səbəbindən son illərdə fərdi yaşayış evlərinə marağın artdığı bildirilir.

Son illər qardaş ölkə Türkiyədə baş verən zəlzələlərdən sonra çoxmərtəbəli binalarda yaşayanların narahatlığı da artıb. Mütəxəssislər qeyd edirlər ki, tikinti normalarına uyğun inşa edilmiş binalar zəlzələyə davamlı hesab olunsa da, psixoloji baxımdan bir çox insan fərdi yaşayış evində özünü daha təhlükəsiz hiss edir. Bu səbəbdən zəlzələ qorxusu da son illərdə həyət evlərinə marağı artıran amillərdən biri kimi göstərilir.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 İyul 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri