Icma.az
close
up
RU
Bina şəhər Bu binada 25 min adam yaşayır FOTO,VİDEO

Bina şəhər Bu binada 25 min adam yaşayır FOTO,VİDEO

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Bir binada şəhər: Çində on minlərlə insanın yaşadığı unikal yaşayış kompleksi

“Ev” sözünü eşidəndə göz önünə rahat bir mənzil, giriş qapısı, həyətdə uşaq meydançası gəlir. Amma Çində elə bir bina var ki, ev anlayışına tamamilə başqa baxış gətirir. Bu sadəcə yaşayış kompleksi deyil — bu, kiçik Avropa şəhərlərindən də çox adamın yaşadığı “şaquli şəhər”dir. Söhbət Hangcou şəhərində yerləşən Regent International  Center-dən gedir. Bu yer həm heyranlıq doğurur, həm də gələcək şəhərlərinin necə görünə biləcəyinə dair düşündürür.

Çin bu gün dünyanın ən böyük istehsalçısı və ən sürətlə inkişaf edən ölkələrindən biridir. Onunla demək olar ki, bütün ölkələr ticarət edir. Çin həm də yenilikləri və nailiyyətləri ilə daim heyrətləndirir. Bu, daşınmaz əmlak bazarına da aiddir.

Oteldən nəhəng yaşayış kompleksinə

Gəlin Hangcou şəhərinə nəzər salaq. O, ölkənin əsas maliyyə və iqtisadi mərkəzlərindən biridir. Şəhərin əhalisi 12 milyondan çoxdur və sürətlə artır.

Belə layihələrdən biri Regent International Center kompleksidir. Onun tikintisindən artıq 10 il keçib. Memarlar onu qeyri-adi S formalı qüllə şəklində planlamışdılar. Əvvəlcə bina dördulduzlu otel kimi nəzərdə tutulmuşdu. 200 metrdən hündür, 39 mərtəbəli bu oteldə 1600 dəbdəbəli iki mərtəbəli otaqlar planlaşdırılmışdı. Layihə başlanğıcda dünyanın hər yerindən turistləri cəlb etmək üçün nəzərdə tutulmuşdu. Otaqların sahəsi 74 m²-dən 222 m²-yə qədər idi. Layihə uzunmüddətli, rahat qalmaq üçün ideal hesab edilirdi. Lakin nə inşaatçılar, nə də memarlar onun bir gün dünyanın ən böyük yaşayış binasına — “insan yuvası”na çevriləcəyini təsəvvür etmirdilər. 39 mərtəbəli, 20 mindən çox sakini olan nəhəng yaşayış binasında gələcəkdə 30 min insanın yaşaması gözlənilir.

Nəhəngin yaranması

Bina tikilib qurtardıqdan sonra otelin gözlənildiyi qədər məşhurlaşmamasının səbəbi isə 2008-ci il iqtisadi böhranı idi: Turizm sektoru ciddi zərbə aldı. Əvəzində Hangcoudakı daimi yaşayışa olan tələbat otellərə olan marağı qat-qat üstələdi.

Bunun nəticəsində tikinti şirkəti iki mərtəbəli otel otaqlarını ayrıca mənzillər kimi satışa çıxardı.

Bir çox alıcı isə bunu sərfəli investisiya imkanı kimi gördü. Mənzilləri ya kirayə verdilər, ya da otaqları kiçik studiyalara böldülər.

Quş uçuşundan baxanda Regent International adi yaşayış binasından çox müasir bir heykələ bənzəyir.

Küçəyə çıxmadan həyat

Binanın içində elə infrastruktur yaradılıb ki, sakinlər həftələrlə çölə çıxmadan yaşaya bilirlər. Burada var:

supermarketlər və mağazalar,
idman zalları və hovuzlar,
klinikalar və apteklər,
gözəllik salonları və bərbərxanalar,
kafe və restoranlar,
məktəblər, ofislər, hətta poçt şöbələri.
Yəni normalda şəhərin ayrı-ayrı küçələrində yerləşən hər şey bu binada cəmlənib. İnsanlar istəsələr bütün həyatlarını burada qura bilirlər.

Bütün bu xidmətlər binanın ilk mərtəbələrində yerləşir. Əsasən burada təhsili yeni başa vurmuş gənclər yaşayır. Onların çoxunun iş yerləri yaxın ofislərdədir.

Üstünlüklər arasında:

metroya yaxınlıq (cəmi 200 metr),

gözəl mənzərə,

iş yerlərinə yaxınlıq,

nisbətən ucuz yaşayış qiymətləri.

Mənfi tərəflər

Amma çatışmazlıqlar da az deyil:

mənzillərin bölünməsi peşəkarlar tərəfindən aparılmayıb,

daxili arakəsmələr standartlara cavab vermir,

ən böyük problem isə səs izolyasiyasının olmamasıdır.

Üstəlik, binada yanğın hadisələri də baş verib, amma vaxtında söndürülüb. Buna baxmayaraq, mənzillər sürətlə kirayəçilərlə dolur və kompleks hələ də tələb görür.

Yeni urbanizmin simvolu

Niyə məhz Çin belə layihəyə imza atdı? Cavab aydındır: sürətli urbanizasiya və əhalinin çoxalması. Hangcou həm maliyyə, həm də texnologiya mərkəzidir, burda minlərlə gənc mütəxəssis çalışır. Mənzilə tələbat isə inanılmaz dərəcədə yüksəkdir.

Regent International bu tələbin cavabı oldu. Bu bina şəhər həyatının yeni modelini nümayiş etdirir: məkanın maksimum səmərəli istifadəsi. Buradakı mənzillər sadəcə ev deyil — bu, göydələndə yerləşən kiçik bir metropol kimi qəbul edilir.

“Karışqa yuvası” effekti

Amma belə formatın mənfi tərəfi də var. Sonsuz dəhlizlər, yüzlərlə qapı, minlərlə eyvan insana bəzən nəhəng qarışqa yuvasında olduğu təəssüratını yaradır.

Bəzi sakinlər deyirlər ki, burda yaşamaq rahatdır, amma insan özünü böyük bir mexanizmin hissəsi kimi hiss edir. Digərləri isə əksinə, praktikanı qiymətləndirirlər: hər şey bir yerdədir, vaxt itirmirsən.

Megapolisin içində mini-şəhər

Çöldən baxanda Regent International müasir memarlıq eksperimentinə oxşayır. İçəridə isə sanki ayrıca bir dünya var. Bu bina böyük şəhərlərdə torpaq çatışmazlığına cavab olaraq insanlığın tapdığı unikal həll yoludur.

Onu gələcək şəhərlərinin prototipi adlandırmaq olar: burada artıq “ev”, “məhlə” və “şəhər” anlayışları birləşir.

Qiymətlər

Regent International-da yaşayış sistemi həm sahibkarlar, həm də kirayəçilər üçün sərfəli olub. Çin standartları ilə dəyərləndirildikdə, duplekslərin kvadrat metri 1800 dollar civarında qiymətləndirilirdi və bu investisiya 10 ildən az müddətdə özünü doğruldurdu. Eyni zamanda gənc kirayəçilər — əsasən tələbələr, yeni işə başlayanlar və gənc cütlüklər — böyük pul xərcləmədən, şəhərin mərkəzində, ofislərə yaxın mənzillərdə yaşaya bilirdilər.

Ən kiçik otaqların aylıq kirayəsi 160–220 dollar arasında dəyişir. Burada pəncərə və balkon yoxdur, lakin sanitar qovşağı və minimal mətbəx avadanlığı mövcuddur. Daha geniş mənzillər, balkonu və təbii işığı olanlar isə 500–600 dollar arasında qiymətə kirayələnir. Bu, Hangcoudakı gənc mütəxəssislər üçün əlverişli seçimdir.

Gələcəkdə nə olacaq?

Belə binalar gələcəkdə adi hala çevrilə bilərmi? Çox güman ki, bəli. Əhali artdıqca, məkan azaldıqca meqapolislər yeni həll yolları axtaracaq. Regent International göstərir ki, bütün şəhər bir binaya yerləşə bilər.

Ancaq sual açıq qalır: insan belə mühitdə xoşbəxt ola bilərmi? “Şaquli şəhər” bizdən həyətin azadlığını, açıq səmanı və “öz məhlə” hissini alırmı?

Hangcoudakı Regent International Center sadəcə bir yaşayış kompleksi deyil. Bu, həm memarlıq təcrübəsi, həm sosial fenomen, həm də gələcəyə baxışdır. Burada rahatlıq, sıxlıq və miqyas birləşərək şəhər həyatına yeni format gətirir.

Bəlkə də on illər sonra belə “şəhər-binalar” urbanistikanın adi parçasına çevriləcək. Amma bu gün Regent International Center hələ də milyonlarla insan üçün yeni həyat modelini göstərən unikal simvol olaraq qalır.

İmran Kərimli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 Avqust 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri