Icma.az
close
up
RU
Binadan yıxıldığı deyilən gəncin intiharına dair ŞOK İDDİA: Ortada şantaj xarakterli bir şey var

Binadan yıxıldığı deyilən gəncin intiharına dair ŞOK İDDİA: Ortada şantaj xarakterli bir şey var

Icma.az, Shownews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yazırlar ki, ehtiyatsızlıqdan yıxılıb, amma heç kim uşaq deyil. Gecənin bir aləmi kimsə dama çıxıb ehtiyatsızlıqdan yıxılmır".

Bu sözləri Oxu.Az-a açıqlamasında ötən gecə intihar edən Qadir Məmmədovun qohumu deyib.

O bildirib ki, Qadir ehtiyatsızlıqdan yıxılmayıb, intihar edib:

"İntihar səbəbi hələ ki dəqiq məlum deyil. Ehtiyatsızlıqdan yıxılmayıb, səhər sübh çağı damda adamın nə işi var? Bu, ehtiyatsızlıq ola bilməz. Onun yanında adamlar olublar, onlardan da izahat alınıb. Hərə bir söz yazır, deyir. Bizim bildiyimiz qədər, ortada şantaj xarakterli bir şey var. Amma tam olaraq nə olduğu barədə məlumatsızıq. Əşyaları, telefonu hər biri istintaqdadır, araşdırma aparıldıqdan sonra ailəsinə məlumat veriləcək.

Doqquzuncu mikrorayondakı binaya gəlməzdən öncə 14 mərtəbəli başqa bir binaya gedib. Orada blokun qapısının kodunu öyrənə bilməyib deyə buraya gəlib. Bu blokun qapı kodunu tapıb, dama çıxıb. Özünü atmazdan qabaq da anası ilə danışıb, halallaşıb".

Qohumu qeyd edib ki, intihar anında onun dostu yanında olub:

"Dostu yanında olub. İzahatı alınıb, buraxılanda danışdıq. Hadisə ilə bağlı ondan maraqlandıq. O deyir ki, Qadir dama çıxmaq istəyəndə tutub saxlayırmış, dama çıxmağa qoymayıb. Bir anda əlindən qaçıb, dama çıxıb. Dostuna zəng gəlib, elə zəngə cavab vermək üçün bir addım qırağa atanda özünü damdan atıb. Binanın həyətində maşın var idi, onun üstünə düşüb, oradan da yerə".

O bildirib ki, Qadir çox mehriban uşaq olub:

"Özü idmançı idi, oxumaqla arası olmayıb. Ancaq idmana gedib, oradan da evinə-eşiyinə gələn biri olub. Yaşına görə çox böyük, özünə hörmət qazanmış, ətrafı geniş uşaq idi. Yaşı az olsa da, gözəl insanlar ilə əhatə olunmuşdu. Xaraktercə qaynayıb-qarışan, öz işində olan biri idi".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://shownews.az
archiveBu xəbər 25 Mart 2025 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri