Binanın damından yerə şüşə və taxta atan yeniyetmə qızlar müəyyənləşdirildi VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Abşeron rayonunda yerləşən binalardan birinin damına çıxaraq, aşağıya taxta və şüşə parçası atan şəxslərin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.
Qeyd olunub ki, onlar valideynləri ilə birgə polis orqanına dəvət edilərək profilaktik söhbət aparılıb. Yeniyetmələrin valideynləri barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbir görülərək, aidiyyəti üzrə yönləndirilib.
***24 sentyabr, 23:24
Abşeron rayonunda yerləşən "Yeni Bakı" yaşayış kompleksində təhlükəli hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat “Baku.ws”in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, kompleksin 2A saylı binasında 14 yaşlı bir qrup qız binanın damına çıxaraq, aşağıya taxta və şüşə parçası atıblar.
Hadisə şahidlərinin bildirdiyinə görə, uşaqlar ətrafdakılar üçün təhlükə yaradıb və bəzi sakinlər təhlükəsizlik məqsədilə binanın qarşısından uzaqlaşıblar.
"Bu cür halların qarşısı vaxtında alınmasa, həm uşaqların, həm də digər vətəndaşların həyatı üçün ciddi risklər yarana bilər", - deyə məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 25 Sentyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















