Binanın fasadı uçdu, avtomobillər altında qaldı Bakıda dəhşət yaşandı VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtda əsən güclü külək Bakının infrastrukturuna ciddi ziyan vurmaqda və fəsadlar törətməkdə davam edir. Küləyin fəsad törətdiyi növbəti ünvan Nərimanov rayonu olub. Avtosfer.az “Nocomment.az”a istinadən xəbər verir ki, Nərimanov rayonunun Qarabağ küçəsi 55 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının fasad hissəsi güclü küləyin təsirinə dözməyərək qopub və uçub. Hadisə nəticəsində binanın üzlükləri böyük sürətlə yerə — piyada səki və avtomobil yoluna tökülüb. Hadisə zamanı ərazidə xəsarət alanların olub-olmaması və yaxınlıqdakı əmlaka ziyan dəyməsi barədə hələlik rəsmi məlumat verilməyib. Aidiyyəti dövlət qurumlarının əməkdaşları əraziyə cəlb olunub, təhlükəsizlik tədbirləri görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 02 İyun 2026 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















