Binə Atçılıq Mərkəzində cıdır mövsümünün ilk yarışları keçirilmişdir FOTOLAR
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
12 aprel 2025-ci il tarixində Binə Atçılıq Mərkəzində cari ilin ilk cıdır yarışları baş tutmuşdur. SİA xəbər verir ki, Qarabağ atlarının iştirakı ilə keçirilən yarışlarda yerli atçılıq ictimaiyyətinin nümayəndələri və atsevərlər iştirak etmişlər.
Yarış proqramı çərçivəsində 10 atın mübarizə apardığı 2 qaçış təşkil olunmuşdur. Dörd yaşlı Qarabağ atları arasında keçirilən qaçışda Hilal Nəzərov “Ada” ləqəbli atla birinci, Azər Əliyev “Senator” ləqəbli atla ikinci, Rauf Tahirov isə “Həkəri” ləqəbli atla üçüncü yeri tutmuşdur.
Beş yaş və yuxarı Qarabağ atlarının yarışında isə qalib yenə Hilal Nəzərov olmuş və bu dəfə “Xatun” ləqəbli atla birinci yerin sahibi adını qazanmışdır. İkinci yerə “Kainat” ləqəbli atla Azər Əliyev, üçüncü yerə isə “Buta” ləqəbli atla İsgəndər Allahverdiyev layiq görülmüşdür.
Qeyd edək ki, növbəti cıdır yarışlarının 26 aprel 2025-ci il tarixində keçirilməsi planlaşdırılır.
https://www.dsx.gov.az/news/1897
Baxış sayı:130
Bu xəbər 12 Aprel 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















