Binədə sürücüdən təhlükəli hərəkət Məktəbliləri yolun ortasında düşürdü VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 3-də saat 08:00 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, “Mercedes” markalı sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayaraq məktəbliləri düşürür.
Bu səbəbdən həmin ərazidən keçən sürücülərin hərəkəti məhdudlaşıb, eyni zamanda avtobusdan düşən sərnişinlərin təhlükəsizliyi ciddi risk altına düşüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü sərnişinləri mindirmək və ya düşürmək üçün xüsusi ayrılmış dayanacaq meydançalarından, eləcə də 5.12 və 5.13 yol nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayanarsa, 100 manat məbləğində cərimələnə bilər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:204
Bu xəbər 06 Mart 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















