Binəqədi sakinlərinə şad xəbər!
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Binəqədi şosesinin bir hissəsində qısa müddət ərzində təmir işləri aparılıb. İşlərin həftəsonu həyata keçirilməsi nəqliyyatın hərəkətinə tıxacların yaranmaması baxımından müsbət təsir göstərib. Hazırda həmin ərazidə yolun hərəkət hissəsi açıqdır və təmir işləri aparan texnikaya rast gəlinmir. Lakin, şosenin digər hissələrinin yol örtüyü daha nasaz vəziyyətdədir.
Bəs, Binəqədi şosesinin digər hissələrində də təmir işlərinin aparılması nəzərdə tutulub?
Avtosfer.az-ın məlumatına görə, müvafiq məsələ ilə bağlı Demokrat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirib ki, Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində təmir işləri ilkin mərhələdə icra olunaraq yekunlaşdırılıb.
Qurumun məlumatına əsasən, şossenin digər hissələrində təmir işlərinin növbəti mərhələdə aparılması nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 19 Oktyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















