Binəqədi yolundan keçən SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! 15:00 dan...
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Binəqədi rayonunda təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) BAKU.WS-ə bildirilib ki, bu gün saat 15:00-dan etibarən Qara Qarayev küçəsinin Şota Rustaveli küçəsi ilə kəsişməsindən Osman Mustafayev küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq. Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Baxış sayı:83
Bu xəbər 08 Oktyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















