Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Binəqədi rayonunda civə satmaq istəyən şəxslər saxlanılıblar.
APA xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinə naməlum şəxslərin satışı qadağan edilən zəhərli kimyəvi maddə hesab olunan civəni satmaq istəmələri barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən tədbirlərlə nəticəsində həmin şəxslər – İ.Yusifov və M.Babayev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Onlardan ümumilikdə 970 qram ağır metal olan civə aşkar edilərək götürülüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İ.Yusifov və M.Babayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar və onlara həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib.
Araşdırmalar davam etdirilir.
Baxış sayı:153
Bu xəbər 13 İyul 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















