Binəqədidə maşını kəsişmədə saxlayan sürücü hərəkəti iflic etdi VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsiylə Atatürk prospektinin kəsişməsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 20-də saat 14:16 radələrində qeydə alınıb. Kadrdan da aydın olduğu kimi, 99-CQ-345 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozub. Belə ki, o, maşını kəsişmədə park edib və yolayrıcına daxil olan sürücülərin hərəkətini çətinləşdirib. Eyni zamanda qayda pozan sürücü avtomobillərə qəza şəraiti də yaradıb.
Xatırladaq ki, qanunvericiliyə görə, yolayrıcında, piyada və dəmir yolu keçidlərində avtomobil saxlamaq olmaz. Bu, hərəkəti məhdudlaşdırır və qəza riskini artırır. Əgər məcburi dayanma olarsa (məsələn qəza, nasazlıq) bu vaxt sürücü qəza işıqlarını yandırmalı və xəbərdarlıq nişanı qoymalıdır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 22 Sentyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















