Icma.az
close
up
RU
Binəqədidə məktəb direktoru ilə bağlı İDDİALAR: Sinif otaqları icarəyə verilir?

Binəqədidə məktəb direktoru ilə bağlı İDDİALAR: Sinif otaqları icarəyə verilir?

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Binəqədi rayonunda yerləşən 248 nömrəli orta məktəblə bağlı ciddi iddialar sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Oxu.Az xəbər verir ki, iddialarda məktəb direktorunun sinif otaqlarını qanunsuz olaraq icarəyə verdiyi və işə gəlməyən müəllimlərdən rüşvət aldığı vurğulanıb.

Məsələ ilə bağlı sözügedən məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Xəyyam Fərəcov Oxu.Az-a açıqlamasında bildirdi ki, yayılan məlumatın heç bir əsası yoxdur.

"Həmin saxta profillə yazan şəxsi tanıyırıq. Əvvəllər bizim məktəbdə tarix müəllimi işləyib. 1961-ci il təvəllüdlü xanımdır. 2022-ci ildə işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. İndi də məktəbin nüfuzuna xələl gətirmək üçün saxta profillə məktəblə bağlı böhtan xarakterli məlumatlar yazır. Əgər yazılan iddiaları sübuta yetirəcək hər hansı fakt varsa, buyurub onu təqdim edə bilər. Qanunvericilikdə vətəndaşların istənilən məsələ ilə bağlı müraciət etmə qaydaları var. Həmin qaydalara əsasən, istənilən şəxs adı, soyadı, imzası və faktları göstərməklə aidiyyəti yerlərə müraciət edə bilər. Hər hansı bir iddia varsa, onu gərək sübut edə biləcək dəlil olsun əlində. Belə bir şey yoxdur axı. Bir daha bildirmək istəyirəm ki, yazılan iddiaların heç bir əsası yoxdur, ola da bilməz", - deyə X.Fərəcov bildirib.

Sorğumuzu həm də Bakı Şəhər Təhsil İdarəsinə yönəltdik. Qurumdan Oxu.Az-a cavab olaraq bildirildi ki, təhsil müəssisələrində qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edilir.

"Təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, 146-1 saylı telefon vasitəsilə Çağrı Mərkəzinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq anonim məlumatlar istisna olmaqla, daxil olan bütün müraciətlər operativ şəkildə araşdırılır və müvafiq tədbirlər görülür", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 May 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri