Binəqədidə “meymunluq” edən sürücü və dostları baxın necə təhlükə yaratdı VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Binəqədi rayonunda yol-hərəkəti qaydalarını pozan sürücünün görüntüləri sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, 02-BK-213 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü yaranmış sıxlıqdan istifadə edərək əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib. Digər kadrda isə, o, gah sağa, gah da sola manevr edərək “şou” göstərməyə çalışıb. Axşam saatlarında çəkilmiş görüntülərdə isə, sürücüylə yanaşı dostlarının da təhlükə dolu davranışları öz əksini tapıb. Belə ki, onlardan biri özünü hərəkətdə olan maşının önünə atıb, sərnişin qismində olan digər gənc isə nəqliyyat vasitəsinin qaçısını açaraq yolun digər tərəfində dayanmış dostunu səsləyib. Öz aralarında “zarafat”laşan gənclər daha sonra yolda dayanaraq qarşıdan gələn maşına mane olmağa çalışıblar.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 10 Dekabr 2024 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















