Icma.az
close
up
RU
Binəqədidə müşavirə keçirildi

Binəqədidə müşavirə keçirildi

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

22 oktyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni  Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirildi.

Müşavirədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Rayon İcra Hakimiyyəti başçısının müavini və Aparatın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, tam orta ümumtəhsil məktəblərinin, ali təhsil, səhiyyə müəssisələrinin, idarə və xidmət sahələrinin rəhbərləri, gənclər, ictimai birliklərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Müşavirədən öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.

Müşavirədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Müşavirədə geniş məruzə nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında müəyyənləşdirilən strateji hədəflərin və qarşıya qoyulan vəzifələrin ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı. Qeyd olundu ki, müasir dövrdə dövlətimizin siyasi, iqtisadi və hərbi qüdrətinin daha da artırılması ilə yanaşı, milli kimliyin qorunması, dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və ideoloji təhlükəsizliyin təmin edilməsi xüsusi aktuallıq kəsb edir. Bu istiqamətdə məqsədyönlü fəaliyyətin gücləndirilməsi, gənc nəslin milli ruhda və vətənpərvərlik prinsipləri əsasında yetişdirilməsi mühüm vəzifələrdəndir. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi Zəfərin xalqımızın birliyinin, milli iradəsinin və dövlətimizin gücünün təzahürü olduğunu diqqətə çatdırdı. Tarixi nailiyyətlərin qorunmasının, ordumuzun müdafiə qüdrətinin daha da möhkəmləndirilməsinin, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsinin, iqtisadi inkişafın sürətləndirilməsinin və əhalinin sosial rifahının yüksəldilməsinin qarşıda duran əsas vəzifələr sırasında olduğunu bildirdi.

Müşavirədə qarşıya qoyulan vəzifələr haqqında çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas, III dərəcəli Ədliyyə general-mayoru Akif Rəfiyev, Vətən müharibəsi şəhidi, "Qarabağ” ordenli baş leytenant Cəmil Nəcəfovun anası Mətanət Nəcəfova, 246 № li məktəb-liseyin əməkdar müəllimi Sevda Namazova, Vətən müharibəsi iştirakçısı və qazisi, "Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Ruslan Şıxıyev, N.Babayev adına 144 № li tam orta məktəbin direktoru İlahə Həmidova qarşıya qoyulan vəzifələr, onların həyata keçirilməsində müxtəlif sahələrin rolu və ictimai məsuliyyət məsələləri barədə fikirlərini bölüşdülər. Çıxışlarda ordu quruculuğunun möhkəmləndirilməsi, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının davam etdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması məsələlərinə xüsusi diqqət yetirildi. Bildirildi ki, ideoloji təhlükəsizliyin təmin olunmasında təhsilin və maarifləndirmənin mühüm rolu vardır. Müəllimlərin, ağsaqqalların, gənclərin və ictimaiyyət nümayəndələrinin bu istiqamətdə birgə fəaliyyəti, tarixi həqiqətlərin gələcək nəsillərə düzgün çatdırılması, milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi dövlətçilik ənənələrinin davamlılığının təmin edilməsinə xidmət edir.

Müşavirənin sonunda yekun nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev müzakirə olunan məsələlərin əhəmiyyətini bir daha vurğulayaraq qarşıya qoyulan vəzifələrin hər bir sahə üzrə ardıcıl və məsuliyyətlə həyata keçirilməsinin vacibliyini qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərdən irəli gələn vəzifələrin icrasında dövlət qurumlarının, təhsil müəssisələrinin və ictimaiyyət nümayəndələrinin üzərinə düşən məsuliyyətə diqqət çəkərək dövlətimizin davamlı inkişafı, milli həmrəyliyin daha da möhkəmləndirilməsi və xalqımızın rifahının yüksəldilməsi naminə birgə səylərin gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 Oktyabr 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri